20 Sentyabr 2019 00:31
588
İQTİSADİYYAT
A- A+

Bakının əksər hissəsini işıqla təmin edən 220 kV-luq yarımstansiyalar yenidən qurulur


Bakı və Abşeron yarımadasının elektrik təchizatında müstəsna rol oynayan və paytaxtdakı 110 kilovoltluq yarımstansiyaların əksəriyyətini enerji ilə təmin edən 220 kilovoltluq "Müşfiq” və "Xırdalan” yarımstansiyaları "Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yenidən qurulur və enerji təchizatında fasilə yaranmaması üçün işlər xüsusi rejimdə, yarımstansiyanın fəaliyyəti dayandırılmadan həyata keçirilir.

Badamdar qəsəbəsində yerləşən və 1987-ci ildə tikildiyindən istismar müddətini keçən "Müşfiq” yarımstansiyasında bölmələr, portallar, şinlər, cərəyan transformatorları, ildırımötürücü avadanlıqlar, bir sözlə, açıq və qapalı paylayıcı qurğular yenilənib. Yarımstansiyada köhnə idarəetmə binası əsaslı təmir edilib və yeni inzibati bina tikilib. Yarımstansiyanın idarəetməsi yeni binaya keçirilib və mini SCADA yenidən qurulub. Ümumilikdə "Müşfiq” yarımstansiyasında texniki işlər başa çatıb, hazırda ərazidə abadlaşdırma işləri aparılır.

1953-cü ildə tikilən və istismar müddətini bitirən 220 kilovoltluq "Xırdalan” yarımstansiyasında isə əsaslı tikinti, yenidənqurma və təmir işləri bu gün də davam edir. Yarımstansiyada açıq və qapalı paylayıcı qurğular yenidən qurulur, köhnə avadanlıqlar yeniləri ilə əvəz edilir.

Yarımstansiyada ikimərtəbəli inzibati bina tikilir. Burada müasir tipli, məsafədən idarəolunan SCADA dispetçer sistemi qurularaq ümumi sistemə qoşulacaq və məlumatları qəbul etməklə yanaşı sistemə ötürəcək. Yarımstansiyada işlərin 50 faizi artıq başa çatıb və bir neçə aydan sonra yenidənqurma işləri tamamlanacaq.

Qeyd edək ki, qəzaların qarşısının alınması, qəza rejimində yükün bir yarımstansiyadan digər yarımstansiyanın üzərinə köçürülməsi, itkilərin aradan qaldırılması, artan tələbatın qarşılanması, ən əsası isə istehlakçıların daha keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üşün yarımstansiyaların yenidən qurulması olduqca əhəmiyyətlidir.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video