19 Sentyabr 2019 16:39
440
İQTİSADİYYAT
A- A+

Daşınmaz əmlak obyektlərinin formalaşdırılması və kadastr planlarının verilməsi: xidmət prosedurları nədən ibarətdir?


Daşınmaz əmlak obyektlərinin formalaşdırılması dedikdə, daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmış obyektin bir hissəsinin ayrılması, bölünməsi, birləşdirilməsi ilə bağlı aparılan kompleks kadastr işlərinin məcmusu nəzərdə tutulur.

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 27 iyul tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları”na uyğun olaraq daşınmaz əmlak obyektlərinin formalaşdırılması və kadastr planlarının verilməsinə dair işlər Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən aparılır.

Komitədən AZƏRTAC-a bildirilib ki, bu xidmət Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin inzibati binasında və Əmlak Xidmətləri Məkanında göstərilməkdədir. Daşınmaz əmlakın formalaşdırılması və kadastr planlarının verilməsi xidməti üçün istifadəçilərdən sorğu, ərizə, xidmət haqqının ödənilməsi barədə sənəd, torpaqdan daimi istifadə hüququna dair dövlət aktları, hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsi və digər sənədlər tələb olunur.

Daşınmaz əmlak obyektlərinin formalaşdırılması və kadastr planlarının verilməsi xidmətindən istifadə etmək istəyən şəxslər ərizə və ya sorğu ilə adıçəkilən xidmət ünvanlarına yaxınlaşa bilər. Xidmət prosedurlarına gəldikdə isə, müraciət qəbul edildikdən 5 gün müddətində daşınmaz əmlak obyektinin formalaşdırılmasının mümkünlüyü ilə bağlı araşdırma aparılır. Kifayət qədər məlumat olmadığı halda daşınmaz əmlak obyektinin formalaşdırılmasının mümkünlüyünün müəyyənləşdirilməsinə dair kameral və çöl tədqiqat işləri aparılır. Daşınmaz əmlak obyektinin formalaşdırılması layihəsi hazırlandıqdan sonra yeni yaradılan və formalaşdırılan obyektlər barədə kadastr planları hazırlanır və rəsmiləşdirilərək istifadəçinin elektron ünvanına, kağız üzərində əsli isə poçt ünvanına göndərilir və ya birbaşa istifadəçiyə təqdim edilir.

Qeyd edək ki, daşınmaz əmlak obyektlərinin formalaşdırılması və kadastr planlarının verilməsi ilə bağlı göstərilən xidmətlərdə dövlət rüsumu tələb olunmur. Xidmət haqqı isə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2010-cu il 10 noyabr tarixli Qərarı ilə müəyyən olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video