17 Sentyabr 2019 20:03
1298
PARLAMENT
A- A+

Milli Məclisin Elm və təhsil komitəsinin payız sessiyasında ilk iclası olub


Sentyabrın 17-də Milli Məclisin Elm və təhsil komitəsinin payız sessiyasında ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitənin sədri İsa Həbibbəyli 2019-cu ilin yaz və növbədənkənar sessiyaları dövründə komitədə görülmüş işlər barədə hesabat verib. Bildirib ki, yaz və növbədənkənar sessiyalar dövründə komitədə 22 məsələyə baxılıb, bir sıra qanunlara mühüm əlavə və dəyişikliklər edilib. İsa Həbibbəyli son illər ərzində ölkəmizdə elm və təhsil sahəsində görülmüş işlər, əldə olunmuş nailiyyətlər barədə də fikirlərini paylaşıb.

Elm və təhsil komitəsinin 2019-cu ilin payız sessiyası üçün iş planı barədə danışan komitə sədri diqqətə çatdırıb ki, payız sessiyasında hazırda üzərində iş gedən "Ali təhsil haqqında” qanun layihəsinin müzakirəyə çıxarılması nəzərdə tutulur. Bundan başqa, komitə ölkəmizdə ciddi tələbat hiss edilən məsələ olduğuna görə "Təhsil kreditləri haqqında” qanun layihəsinin hazırlanması təklifi ilə də çıxış edəcək.

Çıxış edən komitə üzvləri Bəxtiyar Əliyev, Rafael Hüseynov, Asim Mollazadə, Şəmsəddin Hacıyev və Musa Qasımlı komitənin yaz və növbədənkənar sessiyalar dövründəki fəaliyyətini yüksək qiymətləndirib, payız sessiyasında da komitənin işinin uğurlu olacağına əminliklərini ifadə ediblər.

Sonra "Uşaq hüquqları haqqında”, "Narkoloji xidmət və nəzarət haqqında”, "Gənclər siyasəti haqqında”, "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, "İnsan alverinə qarşı mübarizə haqqında”, "Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” və "Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” (ikinci oxunuş) qanun layihəsi müzakirə olunub. Bildirilib ki, bu qanun layihələrinə təklif olunan dəyişikliklər "Psixoloji yardım haqqında” Qanuna uyğunlaşdırma məqsədi daşıyır.

İclasda "Məişət zorakılığının qarşısının alınması haqqında”, "Sosial xidmət haqqında”, "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” və "Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsi də müzakirə olunub. Bildirilib ki, bu dəyişikliklər də uyğunlaşdırma xarakterlidir.

Sonra qeyd edilib ki, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, "Uşaq hüquqları haqqında”, "Təhsil haqqında”, "Reklam haqqında” və "Məktəbəqədər təhsil haqqında” qanunlara təklif olunan dəyişikliklər (birinci oxunuş) isə "Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanuna uyğunlaşdırmanı nəzərdə tutur.

Müzakirələrdən sonra gündəlikdəki bütün məsələlər Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video