17 Sentyabr 2019 16:22
997
Təhsil
A- A+

Seçenov Universitetinin Bakı filialında yeni dərs ilinin başlanmasına həsr edilmiş tədbir keçirilib


Sentyabrın 16-da İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (Birinci MDTU, Seçenov Universiteti) Bakı filialında Bilik gününə və yeni dərs ilinin başlanmasına həsr edilmiş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə filialın rektoru, professor Əziz Əliyev, İ.M.Seçenov adına Birinci MDTU-nun ictimaiyyətlə əlaqələr və tərbiyəvi iş üzrə prorektoru Andrey Yeryomin və Seçenov Universitetinin təhsil xidmətlərinin ixracı şöbəsinin rəisi Nikita Sokolov iştirak ediblər.

Filialın rektoru professor Əziz Əliyev giriş sözü söyləyib. O, tədbir iştirakçılarını yeni dərs ilinin başlaması münasibətilə təbrik edərək vurğulayıb ki, İ.M.Seçenov adına Birinci MDTU-nun Bakı filialı Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı əsasında və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılıb. Professor Əziz Əliyev qeyd edib ki, universitetin rəhbərliyi öz tələbələrinin inkişafına kömək etməyə həmişə hazırdır. Professor Ə.Əliyev deyib: "Filialın müasir klinik bazası daim genişlənir. İndiyə qədər Rusiya, ABŞ və Almaniyanın aparıcı klinikaları ilə, həmçinin Azərbaycanın tibb müəssisələri ilə müqavilələr bağlanıb. Təhsildə fərqlənən tələbələr praktiki məşğələlər keçmək üçün həmin klinikalara göndərilir”.

İ.M.Seçenov adına Birinci MDTU-nun ictimaiyyətlə əlaqələr və tərbiyəvi iş üzrə prorektoru Andrey Yeryomin Seçenov Universitetinin rektoru Pyotr Qlıboçkonun adından tələbələri təbrik ediblər.

Seçenov Universitetinin təhsil xidmətlərinin ixracı şöbəsinin rəisi Nikita Sokolov öz çıxışında qeyd edib ki, Rusiyanın ən yaxşı ali məktəbində təhsil almaq bu tələbələr üçün nadir imkandır. Birinci MDTU-nun məzunları arasında böyük alimlərin və məşhur insanların bütöv bir nəsli var. Xatırladaq ki, bu ali məktəbin məşhur məzunlarından biri də Azərbaycanın Birinci vitse-prezidenti, Birinci MDTU-nun fəxri professoru Mehriban xanım Əliyevadır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video