17 Sentyabr 2019 16:13
535
İQTİSADİYYAT
A- A+

Nazir: Azərbaycan Gürcüstan iqtisadiyyatına 3 milyard dollardan çox sərmayə yatırıb

Azərbaycan Gürcüstan iqtisadiyyatına 3 milyard dollardan çox investisiya yatırıb. Azərbaycan şirkətləri qoyduğu sərmayəyə görə Gürcüstanda lider mövqedədir.

AZƏRTAC xəbər verir ki, bu barədə sentyabrın 17-də jurnalistlərə müsahibəsində İqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir qeyd edib ki, Gürcüstanda 700-dən artıq Azərbaycan şirkəti, ölkəmizdə isə 300-dən çox gürcü şirkət fəaliyyət göstərir: "Gürcüstan şirkətləri üçün ölkəmizdə münbit şərait yaradılıb. Azərbaycan və Gürcüstan arasında əlaqələr bütün sahələrdə uğurla inkişaf edir. Ölkələrimiz strateji tərəfdaşlardır. Azərbaycan və Gürcüstan beynəlxalq təşkilatlarda da bir-birini dəstəkləyir. Azərbaycan şirkətləri Gürcüstanda ən iri vergiödəyiciləri sırasındadır. Hesab edirik ki, hər iki ölkənin potensialı əldə etdiyimiz uğurları daha da artırmağa böyük imkan yaradır”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video