17 Sentyabr 2019 12:21
433
SİYASƏT
A- A+

Hikmət Hacıyev: Bu gün Azərbaycan beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi tanınır


25 il əvvəl ulu öndər Heydər Əliyevin müəyyən etdiyi neft strategiyası əsasında Azərbaycan üçün çox çətin bir geosiyasi dövrdə, ölkəmizin üzləşdiyi təhlükələrin və risklərin fonunda beynəlxalq aparıcı şirkətlərlə "Əsrin müqaviləsi” imzalandı. Azərbaycan uğurlu enerji strategiyasının, enerji diplomatiyasının əsasını qoydu. Bu gün Azərbaycan beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi tanınır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə müsahibəsində deyib.

H.Hacıyev bildirib ki, Azərbaycanın neft istehsalçısı ölkəsi olmasına baxmayaraq, uzun illər neft bir çox hallarda Azərbaycan xalqının bilavasitə mənafeyinə xidmət etməyib: "Əsrin müqaviləsi”nin imzalanması ilə yeni bir neft erası başladı ki, bunun da nəticə etibarı ilə mənfəətini bilavasitə Azərbaycan Respublikası, Azərbaycan xalqı gördü. Azərbaycanın həyata keçirdiyi uğurlu enerji strategiyası ölkəmizin müstəqilliyinin, çiçəklənməsinin, iqtisadi inkişafının təməli olmaqla bərabər, beynəlxalq müstəvidə də, regional müstəvidə də enerji təhlükəsizliyinə ciddi şəkildə töhfə verən bir amil olmuşdu. Azərbaycanın enerji strategiyasının vacib təməl prinsiplərindən biri də onun şəffaf və uğurlu şəkildə idarə olunması mexanizmidir. Bu gün Azərbaycanın enerji strategiyasının növbəti vacib bir təməl nöqtəsi vardır. Bu gün Azərbaycan artıq qaz ixrac edən ölkədir. TANAP və TAP layihələri artıq özünün icrasının son mərhələlərinə qədəm qoymaqdadır və biz də ümid edirik ki, tərəfdaşlarımızla birlikdə bu layihənin də tezliklə məntiqi sonuna çatdırılmasına nail olacağıq və Azərbaycan özünün qaz resursları ilə Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video