17 Sentyabr 2019 00:57
962
İDMAN
A- A+

Dünya gimnastikasının nəbzi Bakıda döyünür



Azərbaycan artıq beynəlxalq aləmdə idman ölkəsi kimi tanınır. Bu, həyata keçirilən uğurlu dövlət siyasətinin məntiqi nəticəsidir. İdmançılar hərtərəfli qayğı ilə əhatə olunurlar ki, bu da beynəlxalq yarışlarda onların daha böyük uğurlar əldə etməsinə imkan yaradır. Mövcud idman obyektləri yenidən qurulur, eyni zamanda müasirləri inşa edilir. Digər tərəfdən, Azərbaycan müntəzəm olaraq qitə və dünya miqyaslı idman yarışlarına evsahibliyi edir.

Bu günlərdə paytaxtımızda daha bir mötəbər yarış - bədii gimnastika üzrə 37-ci dünya çempionatı keçirilir. Sentyabrın 22-dək davam edəcək turnirdə 61 ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.

Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına ölkəmiz 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.

Çempionatda fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast olmaqla) lisenziya əldə etmiş olacaqlar. Qrup hərəkətləri komandalarına gəldikdə isə ötən ilin dünya çempionatının nəticələrinə əsasən, Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin ediblər. Çempionatda çoxnövçülük xalları üzrə daha 5 ən yaxşı komanda olimpiadaya vəsiqə qazanacaq.

Dünya çempionatının birinci günündə gimnastlar fərdi proqram üzrə halqa və topla təsnifat mərhələsində güclərini sınayıblar. Milli komandamızın heyətində ilk olaraq Zöhrə Ağamirova və Veronika Qudis xalça üzərinə çıxıblar. A qrupunda iki gimnastımızdan Zöhrə Ağamirova 19,000 xalla 5-ci, Veronika Qudis isə 16,950 xalla 16-cı yerdə qərarlaşıblar. Azərbaycan komanda hesabında 35,950 xalla beşinci pillədə yer alıb. Komanda sıralamasında Ukrayna 41,450 xalla birinci, Belarus 40,200 xalla ikinci, Çin isə 37,400 xalla üçüncü sıradadır.

Dünya çempionatının fərdi proqram üzrə halqa və topla təsnifat mərhələsində B qrupundakı çıxışlara da yekun vurulub. Top ilə yarışlarda Ukrayna idmançısı Vlada Nikolçenko 21,400 xalla liderliyini davam etdirir. İlk üçlüyü İtaliya təmsilçiləri Milena Baldassarri (21,300 xal) və Aleksandra Aqurqiuculese (20,950) tamamlayıblar.

Halqa ilə yarışlarda ABŞ təmsilçisi Evita Qriskinas 21,000 xalla gimnastların sıralamasında birinci olub. Yaponiyalı Kaho Minaqava 20,950 xalla ikinci, digər ABŞ idmançısı Laura Zenq (20,700) isə üçüncü pillədə yer alıblar.

Elçin CƏFƏROV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video