16 Sentyabr 2019 21:42
467
SİYASƏT
A- A+

Azərbaycan-FAO əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub


Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Romada BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının (FAO) baş direktoru Qu Donyqu ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, FAO-nun baş direktoru vəzifəsinə seçilməsi münasibətilə Qu Donqyunu təbrik edən nazir Elmar Məmmədyarov ona fəaliyyətində uğurlar arzulayıb və Azərbaycanla FAO arasında əməkdaşlığın daha da güclənəcəyinə əmin olduğunu bildirib.

Təbriklərə görə təşəkkürünü bildirən Qu Donqyu hazırkı vəzifəsində ilk Xarici İşlər naziri olaraq Elmar Məmmədyarov ilə görüşündən məmnunluğunu ifadə edib, Azərbaycanı MDB məkanında FAO ilə ən səmərəli əməkdaşlıq edən ölkə kimi dəyərləndirib. Qu Donqyu Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın FAO-nun xoşməramlı səfiri kimi fəaliyyətini yüksək qiymətləndirib və FAO-nun Azərbaycanda Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin yaradılmasının müsbət təcrübə olduğunu söyləyib.

Nazir Elmar Məmmədyarov Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərində Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində kənd təsərrüfatına yararlı torpaqların bir hissəsinin işğala məruz qalmasının və 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün düşməsinin ölkəmizdə kənd təsərrüfatı sektoruna da böyük ziyan vurduğunu və ərzaq təhlükəsizliyinin təmin edilməsində ciddi çətinliklər yaratdığını bildirib.

Elmar Məmmədyarov Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, aqrar sahəyə dövlət qayğısı və bu istiqamətdə aparılan islahatların nəticəsi olaraq, kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı sektorunda əldə edilmiş nailiyyətlər barədə məlumat verib. Ölkəmizin FAO ilə əməkdaşlığının əhəmiyyətindən danışan nazir Elmar Məmmədyarov bu xüsusda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın və IDEA İctimai Birliyinin töhfələrini xüsusilə vurğulayıb.

Söhbət zamanı Azərbaycan-FAO əməkdaşlığının inkişaf perspektivləri, habelə bu əməkdaşlığın Cənub-Cənub tərəfdaşlığı çərçivəsində və üçüncü ölkələrin də cəlb olunması yolu ilə inkişafı istiqamətində fikir mübadiləsi aparılıb.

Görüşdən sonra nazir Elmar Məmmədyarov FAO-nun baş qərargahında Heydər Əliyev Fondunun dəstəyi ilə təsis edilmiş "Azərbaycan otağı”na baxış keçirib. Elmar Məmmədyarovun diqqətinə çatdırılıb ki, Azərbaycanın mədəniyyətini və milli ruhunu əks etdirən "Azərbaycan otağı” öz dizaynı, cəlbediciliyi və praktikliyi baxımından FAO rəsmiləri tərəfindən yüksək qiymətləndirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video