16 Sentyabr 2019 17:19
597
DÜNYA
A- A+

İran nüvə sazişi çərçivəsində öhdəliklərini daha da azaldacaq


Tehran İranın nüvə proqramı üzrə beynəlxalq saziş çərçivəsində öhdəliklərini azaltmağın dördüncü mərhələsini hazırlayır. İRNA agentliyinin xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Musəvi məlumat vermişdir.

Musəvi qeyd etmişdir ki, öhdəliklərin azaldılmasının üçüncü mərhələsi hazırda icra olunur, dördüncü mərhələ isə hazırlanır. O əlavə etmişdir ki, nüvə proqramı çərçivəsində İranın hüquqları ilə öhdəlikləri arasında tarazlığa riayət edilincə Tehran nüvə sövdələşməsinə sadiq qalacaq, İranın müqavilədə qalması onun maraqlarına cavab verməyəndə zəruri addımlar atılacaq.

Xatırladaq ki, Tehran sentyabrın 6-da nüvə sazişi çərçivəsində öhdəliklərini azaltmağın üçüncü mərhələsinə başlamışdır. Bu mərhələnin gedişində ölkə nüvə tədqiqatlarına qoyulmuş məhdudiyyətlərə riayət etməyə son qoymuşdur. İran tərəfinin bəyanatına görə, buna səbəb sazişin avropalı iştirakçılarının öz vədlərinə əməl etməməsidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video