16 Sentyabr 2019 16:22
523
SİYASƏT
A- A+

Novruz Məmmədov: Azərbaycan-Türkiyə birliyi, dostluğu və strateji müttəfiqliyi regional sabitliyə və tərəqqiyə böyük töhfə verir


Azərbaycan-Türkiyə birliyi, dostluğu və strateji müttəfiqliyi regional sabitliyə və tərəqqiyə böyük töhfə verir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Baş Nazir Novruz Məmmədov Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasındakı çıxışında deyib.

Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrindən danışan Novruz Məmmədov bildirib ki, dövlətlərimizin başçılarının bir-birinə göstərdiyi səmimi dəstək və qardaşlıq münasibətləri hər birimiz üçün örnəkdir. Bunun nəticəsidir ki, hər iki dövlətin imza atdığı iri beynəlxalq layihələr uğurla həyata keçirilir. Birgə həyata keçirdiyimiz layihələr bizi daha da gücləndirir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri, TANAP, Bakı-Tbilisi-Qars dəmir yolu və eləcə də digər layihələr təkcə ölkələrimiz üçün deyil, bütün regionumuz üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycan-Türkiyə birliyi, dostluğu və strateji müttəfiqliyi regional sabitliyə və tərəqqiyə də töhfə verir.

Baş Nazir qeyd edib ki, indiyədək Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın keçirilən 7 iclasında həllini gözləyən bir çox məsələlər üzrə qərarlar qəbul edilib, onların icrası təmin olunub. Həmçinin ali və yüksək səviyyəli görüşlərdə bir çox mühüm məsələlər müzakirə edilib və imzalanan sənədlərdə nəzərdə tutulmuş müddəalar bizə daha fəal çalışmaq üçün geniş imkanlar yaradıb. Azərbaycan-Türkiyə əlaqələrinin bütün sahələrdə ildən-ilə daha da genişlənməsi və möhkəmlənməsi bunun bariz nümunəsidir.

Novruz Məmmədov deyib: "Bildiyiniz kimi, ticarət-iqtisadi, nəqliyyat, rabitə, kənd təsərrüfatı, humanitar, turizm, maliyyə, vergilər, bank işi, sənaye və energetika, ekologiya, su təsərrüfatı, təhsil və digər sahələrdə daha da dərinləşən münasibətlərimiz iki qardaş ölkənin mənafeyinə və xalqlarının gələcəyinin firavan olmasına xidmət edir”.

Baş Nazir diqqətə çatdırıb ki, qarşılıqlı sərmayə qoyuluşunun səviyyəsi bizi məmnun edir. Azərbaycandan Türkiyəyə, Türkiyədən Azərbaycana milyardlarla dollar həcmində sərmayə qoyulur. Bu mənada Petkim neft-kimya kompleksini və Star neft emalı zavodunu xüsusi qeyd etmək istərdim. Məncə, dünyada ikinci belə nümunə yoxdur ki, iki ölkə bir-birinə bu qədər yaxın və etibarlı tərəfdaş olsun.

"Azərbaycanın müstəqilliyinin bərpasının ilk günlərindən Türkiyə daim bizim yanımızdadır”, - deyən Novruz Məmmədov bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qardaş Türkiyə hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. İndiyədək bütün sahələrdə göstərilən yardımlara, xüsusən də Azərbaycan üçün çox böyük önəm daşıyan müdafiə, müdafiə sənayesi, tibb və təhsil sahələrində köməyi yüksək qiymətləndiririk. Ermənistanın hərbi təcavüzü nəticəsində blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasına göstərilən daimi dəstəyə görə dərin təşəkkürümüzü bildiririk.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video