15 Sentyabr 2019 17:25
476
SİYASƏT
A- A+

Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın məzarı ziyarət olunub


1918-ci il sentyabrın 15-də Bakının daşnak erməni və bolşevik birləşmələrinin işğalından azad olunmasının 101-ci ili münasibətilə İstanbulun Ədirnəqapı məzarlığında Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa və onunla birlikdə savaşan 27 əsgərin dəfn edildiyi məzar-abidə kompleksi ziyarət olunub.

AZƏRTAC xəbər verir ki, iştirakçılar Nuru Paşanın abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

İstanbulda fəaliyyət göstərən Türkiyə-Azərbaycan ictimai birlikləri tərəfindən təşkil olunan mərasimdə çıxış edən Türkiyə-Azərbaycan Dərnəyinin sədri Səfər Qaraqoyunlu Bakının daşnak işğalından azad olunmasında böyük rol oynayan Nuru Paşanın və əsgərlərinin dərin sevgiylə anılmasının hər iki qardaş ölkənin vətəndaşlarının onlara vəfa borcu olduğunu bildirib.

Digər çıxış edənlər Nuru Paşanın qələbədə tarixi rolundan danışıb, onun Türkiyədən Azərbaycan uzanan qəhrəmanlıq dastanından bəhs ediblər. Bildirilib ki, Osmanlı ordusu Bakının azad olunması üçün həyata keçirdiyi hərbi əməliyyatlarda 1130 şəhid verib. Bakının 1918-ci ildə azad edilməsi tarixin ən böyük zəfərlərindən biri adlandırılıb. Qeyd edilib ki, aradan uzun illərin keçməsinə baxmayaraq, Qafqaz İslam Ordusunun qardaşlıq köməyi heç vaxt unudulmayacaq və Azərbaycan xalqı tərəfindən daim minnətdarlıq hissi ilə xatırlanacaq.

Tədbirdə hər iki ölkədən olan ziyalılar, tələbələr, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video