15 Sentyabr 2019 04:30
547
İQTİSADİYYAT
A- A+

Sahibkarlar üçün təlim təşkil olunub


Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) KOB-ların maliyyə savadlığının artırılması məqsədilə gənc və qadın sahibkarlar, o cümlədən biznes fəaliyyətinə yeni başlayanlar üçün "Maliyyə hesabatları və təhlili” mövzusunda təlim keçirib.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM) tərəfindən maliyyə hesabatlarının hazırlanması, maliyyə vəziyyəti və onun nəticələri, mənfəət və zərər, pul vəsaitlərinin hərəkəti, maliyyə hesabatları əsasında qərarların qəbul olunmasına dair təqdimat keçirilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, KOBİA tərəfindən mikro, kiçik və orta biznes subyektləri üçün "ömür boyu öyrənmək” imkanlarının təmin edilməsi məqsədilə dövlət-özəl əməkdaşlığı çərçivəsində mütəmadi olaraq müxtəlif tədbirlər, o cümlədən təlim, seminar və treninqlər təşkil edilir, sahibkarlar maarifləndirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video