15 Sentyabr 2019 04:29
506
İQTİSADİYYAT
A- A+

Salyan Regional Aqrar Elm və İnnovasiya Mərkəzində tarla günü keçirilib


Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun (BMTB ETİ), Salyan Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin (RAEİM) birgə təşkilatçılığı ilə aran bölgəsində pambıqçılıqla məşğul olan fermerlər üçün elmi-praktik seminar və tarla günü keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, rayonlaşmış pambıq sortlarının intensiv becərmə texnologiyası, toxumçuluğun düzgün təşkili, xəstəlik və zərərvericilərə qarşı inteqrir mübarizə tədbirlərinə həsr olunmuş seminarda Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktoru Tariyel Atamalıyev və Salyan RAEİM-in direktoru Sədrəddin İbrahimov rayon üzrə pambıq əkinlərinin vəziyyəti, sahələrdə zəruri aqrotexniki tədbirlər barədə məlumat veriblər. Bildirilib ki, Salyan RAEİM-in ərazisində yerli sortlarla yanaşı, 12 yunan sortunun elmi təcrübələri aparılır. "Gəncə-110” sortunun isə azonlaşdırılmış texnologiya üzrə toxumçuluq məqsədilə əkini həyata keçirilir. Qeyd olunub ki, gələcəkdə əldə olunmuş elmi nəticələr fermer təsərrüfatlarında tətbiq olunacaq.

AEİM-in şöbə müdiri Nicat Nəsirli, BMTB ETİ-nin direktoru Elçin Xəlilov, şöbə müdirləri Ələddin Tağıyev, Mahirə Vəliyeva, Kazım Hüseynov və Mahal Kazımov təcrübə sahəsində nümayişə çıxarılmış yerli və xarici sortların müqayisəli xüsusiyyətləri, onların intensiv becərilmə texnologiyası və toxumçuluğunun təşkili, pambıq əkinlərində zərərli orqanizmlərə qarşı mübarizə tədbirləri haqqında fermerlərə ətraflı məlumat veriblər. Bu məsələlərlə bağlı pambıqçı fermerlərin çoxsaylı sualları cavablandırılıb.

Sahədə keçirilən tarla günü çərçivəsində fermerlər Salyan RAEİM-in təcrübə sahəsində yerli sortların nümayiş əkinləri ilə tanış olublar. BMTB ETİ-nin mütəxəssisləri tarlada fermerlərə yerli sortların təsərrüfat əhəmiyyətli, xəstəlik zərərvericilərə qarşı interqrir mübarizə tədbirləri barədə ən son yenilikləri əyani göstəriblər. Tədbirin sonunda iştirakçılara institutun alimləri tərəfindən hazırlanmış çoxsaylı maarifləndirici tövsiyələr məlumatlandırıcı bukletlər paylanılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video