14 Sentyabr 2019 23:59
4715
Birinci vitse-prezident
A- A+

Mehriban ƏLİYEVA: “Sizin İvanovka kəndində olmağıma çox şadam. Sizin yanınıza həmişə böyük məmnuniyyətlə gəlirəm” - VIDEO


Sentyabrın 14-də İsmayıllı rayonunun İvanovka kəndindəki Mədəniyyət Sarayının əsaslı təmirdən sonra açılışı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva açılışda iştirak ediblər.

İvanovkalılar Mehriban Əliyevanı duz-çörəklə qarşıladılar.

Mehriban Əliyeva: Sizin İvanovka kəndində olmağıma çox şadam. Sizin yanınıza həmişə böyük məmnuniyyətlə gəlirəm.

Nikitin adına kollektiv təsərrüfatın Müşahidə Şurasının sədri Olqa Jabina: Salam. Xoş gəlmisiniz.

Mehriban Əliyeva: Sağ olun.

Milli geyimli qızlar: Bizim çörəyimizin dadına baxın.

Mehriban Əliyeva: Məmnuniyyətlə.

Birinci vitse-prezident Mehriban Əliyeva və qızı Leyla Əliyeva çörəyin dadına baxdılar.

Mehriban Əliyeva: Sizin yeməkləriniz həmişə ləzizdir.

Birinci vitse-prezident Mədəniyyət Sarayında yaradılan şəraitlə tanış oldu.

Mədəniyyət müəssisəsinin musiqi kollektivi ilə görüşən Mehriban Əliyeva dedi: Salam. Sizi Mədəniyyət Sarayının istifadəyə verilməsi münasibətilə təbrik edirəm. Sizin yanınıza qonaq gələndə həmişə xoşbəxt oluram.

Sonra Birinci vitse-prezident Mehriban Əliyeva Mədəniyyət Sarayının musiqi kollektivinin ifalarını dinlədi.

İvanovka Mədəniyyət Sarayı 1985-ci ildə tikilib. Binada uzun müddət əsaslı təmir işləri aparılmadığından yararsız vəziyyətə düşmüşdü və mədəniyyət müəssisəsi fəaliyyətini dayandırmaq məcburiyyətində qalmışdı. Prezident İlham Əliyevin 2018-ci ilin sentyabrında imzaladığı Sərəncama əsasən İvanovka kənd Mədəniyyət Sarayının əsaslı təmiri, zəruri avadanlıq və inventarlarla təmin edilməsi üçün Prezidentin Ehtiyat Fondundan İsmayıllı Rayon İcra Hakimiyyətinə 2,5 milyon manat vəsait ayrıldı, binanın əvvəlki memarlıq üslubu saxlanmaqla əsaslı təmir edildi. Burada akt, banket zalları, musiqi məktəbinin fəaliyyət göstərdiyi otaqlar, rəqs salonu, kitabxana əvvəlki görkəmi saxlanılmaqla əsaslı təmir olundu.

Olqa Jabina: Bu, bizə gözəl hədiyyədir. İndi bizim nəinki çörəyimiz, bu mahnılarımız da var. Çox sağ olun.

Mehriban Əliyeva: Sizin konsertlərinizi dinləməyə gələcəyik.

Olqa Jabina: Həmişə şadıq.

Mehriban Əliyeva: Çox sağ olun. Sizə uğurlar arzulayırıq.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video