14 Sentyabr 2019 20:49
4038
Birinci vitse-prezident
A- A+

Heydər Əliyev Fondunun Məlikçobanlı kəndinin sakinlərinə hədiyyəsi - VİDEO


Sentyabrın 14-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Şamaxı və İsmayıllı rayonlarında səfərdə olub.

Ölkənin bütün regionları kimi Şamaxı rayonunda da abadlıq, quruculuq və yenidənqurma işləri uğurla davam edir. Rayonda bir-birinin ardınca mühüm əhəmiyyətli iqtisadi və sosial obyektlər istifadəyə verilir. Onlardan biri də Şamaxının Məlikçobanlı kəndində yeni tikilmiş Gülağa Ağayev adına tam orta məktəbin binasıdır.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva məktəbin açılışında iştirak ediblər.

Birinci vitse-prezident Mehriban Əliyeva məktəbdə yaradılan şəraitlə tanış oldu.

Mehriban Əliyeva: Məlikçobanlı kəndində bir məktəb var?

Direktor Səftər Heydərov: Bəli, bir məktəb var.

Mehriban Əliyeva: Neçə şagird yerlik?

Səftər Heydərov: 360 şagird yerlik. 1976-cı ildə tikilmiş məktəb idi. İstismara tam yararsız idi.

Mehriban Əliyeva: Zəlzələ nəticəsində bir az da yararsız vəziyyətə düşdü.

Səftər Heydərov: Bəli.

Mehriban Əliyeva: Sakinlər tərəfindən müraciət olundu.

Səftər Heydərov: Çox sağ olun, Sizə müraciət etdik. Sizin tapşırığınız əsasında 3 mərtəbədən ibarət 460 şagird yerlik bina tikilib, bütün inventar və avadanlıqlarla təchiz edilib. Ərazi yaşıllaşdırılıb.

Mehriban Əliyeva: Yəqin şagirdlərin sayı da artıb.

Səftər Heydərov: Bəli. Başqa məktəbdə oxuyan şagirdlərimiz var idi. Yeni vəziyyəti görüb çoxu qayıdıb gəlib.

Mehriban Əliyeva: Yeni tədris ilinin başlanması və əlbəttə, yeni gözəl məktəbin açılması münasibətilə valideynləri və şagirdləri mənim adımdan təbrik edin. Mənim böyük hörmətimi və salamlarımı onlara çatdırın.

Səftər Heydərov: Çox sağ olun.

Qeyd edək ki, Heydər Əliyev Fondu təhsil sahəsində "Yeniləşən Azərbaycana yeni məktəb”, "Təhsilə dəstək” layihələrini həyata keçirir. Bu layihələrin məqsədi ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, dövlətin təhsil siyasətinin həyata keçirilməsinə dəstək göstərməkdir. Hazırda respublikada 4447 məktəb fəaliyyət göstərir. Bu il ümumilikdə ölkə üzrə 25 yeni məktəb binasının tikintisi, 9 məktəbin əsaslı, 253 məktəbin cari təmiri, 24 rayonda isə 3520 şagird yerlik 50 modul tipli məktəbin istifadəyə verilməsi nəzərdə tutulur.

Bu müasir təhsil müəssisəsinin istifadəyə verilməsi yeni dərs ili ərəfəsində Məlikçobanlı kəndinin sakinlərinə ən gözəl hədiyyədir.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video