13 Sentyabr 2019 21:34
891
İDMAN
A- A+

Yeddinci arena polo üzrə dünya kubokunun açılış mərasimi keçirilib


Sentyabrın 13-də Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Bakıda 7-ci arena polo üzrə dünya kuboku turnirinin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev, Dünya Polo Federasiyasının prezidenti Reto Qaudenzi və digər qonaqlar iştirak ediblər.

Turnirin açılış mərasimində iştirakçı komandaların keçidi olub.

7-ci arena polo üzrə dünya kubokunun qarşılaşmaları "Elite Horse and Polo Club”da yerləşən meydançada keçirilir. İlk oyunda "Elite Horse & Polo Club Baku” komandası İsveçrənin "Evviva Polo Club St. Moritz” klubu ilə qarşılaşır.

Günün ikinci görüşü "Los Nocheros Polo Club Münster” (Almaniya) və "Planernaya Polo Club Moscow” (Rusiya) komandaları arasında oynanılacaq. Turnirin ikinci gününün açılış görüşü "Evviva Polo Club St. Moritz” və "Los Nocheros Polo Club Münster” arasında baş tutacaq. İkinci oyunda "Elite Horse & Polo Club Baku” və "Planernaya Polo Club Moscow” komandaları üz-üzə gələcəklər. Sentyabrın 15-də üçüncü yer uğrunda görüş və final matçı keçiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video