12 Sentyabr 2019 21:23
873
Mədəniyyət
A- A+

Əbülfəz Qarayev: Bu il ölkəmizdə bir sıra vacib mədəniyyət tədbirləri həyata keçiriləcək


Həm teatr, həm də konsert müəssisələri yeni mövsümü açmağa hazırlaşır. Yay mövsümündə onlar yeni işlər hazırlayıblar. Bu il də ölkəmizin mədəni həyatı öz zənginliyi ilə yadda qalacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Mədəniyyət naziri Əbülfəs Qarayev Muzey Mərkəzində teatr-konsert müəssisələrində yeni mövsümün açılışına həsr olunmuş mətbuat konfransında deyib.

Nazir vurğulayıb ki, dövlət başçısının xüsusi diqqət və qayğısı ilə teatr, konsert müəssisələrinin binaları təmir olunub, onların maddi-texniki bazası yaxşılaşdırılıb. Bu proses bu gün də davam edir. Hazırda İrəvan Dövlət Dram Teatrında təmir işləri həyata keçirilir. Qeyd edilib ki, bütün teatrlara yeni dövlət sifarişləri verilib: "Bütün teatrlara birdəfəlik maddi yardım göstərilib. Bir sıra köhnə teatrlar bərpa olunub, proses davamlı şəkildə aparılır. Bundan sonra da bu istiqamətdə işlər davam etdiriləcək”.

Nazir söyləyib ki, Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalında bu il Rusiya, Çin və Avstriyadan qonaqlar olacaq. Ümumiyyətlə bu il ölkəmizdə bir sıra vacib mədəniyyət tədbirləri həyata keçiriləcək.

Əbülfəs Qarayev əlavə edib ki, Ermənistan hər zaman Azərbaycanın nailiyyətlərinə kölgə salmağa uğursuz cəhdlər edir: "Ona görə də bizim cavabımız yaradıcı prosesimizin uğurla davam etdirilməsi ilə verilə bilər. Azərbaycan mədəniyyətinin dünyaya tanıdılması istiqamətində işləri gücləndirməliyik. Xalqımız kimsənin maddi-mədəni nemətinə heç vaxt əl uzatmayıb. Amma bizim nemətlər hər zaman mənimsənilib”.

Nazir mədəni tədbirlər zamanı insanların davranışları məsələsinə də toxunub: "Hər mədəni tədbirə gəliş insanlar üçün mənəvi bayrama çevrilməlidir. Səhnədə çıxış edən insan həssaslıqla auditoriyadan müsbət aura almaq istəyir. Telefon zəngləri və ya başqa xoşagəlməz nüanslar xoş duyğulara mane olur. Ona görə də çalışmaq lazımdır ki, tədbirin gözəlliyini hiss edəsən. Media nümayəndələri də belə məsələlərdə cəmiyyətin düzgün istiqamətləndirilməsinə çalışmalıdır”.

Əbülfəs Qarayev bəzi media nümayəndələrinə də çağırış edib. O qeyd edib ki, sensasiya xatirinə kimisə alçaltmaqla, haqqında pis fikir səsləndirməklə bizi istəməyən qüvvələrə mövzu vermiş oluruq. Sənət insanları xalqımızın mənəviyyatı üçün çalışırlar. Misal olaraq, rəssamlar eyni cür rəsmlər çəkməlidir? Ancaq kiməsə pisdir deməklə nə əldə olunur? Hər kəsin zövqü fərqlidir. Tənqid də peşəkarlığa əsaslanmalıdır. Daxili etik senzuranı dinləmək lazımdır. Kiminsə dediyini olduğu kimi yazmaqla iş bitdi demək olmaz. Bizi istəməyən qüvvələr bizi öz silahımızla vurmağa çalışırlar. Heykəllər, maddi mədəni irsimiz, Azərbaycan musiqisi hamısı bizim sərvətimizdir. Tarixi abidələrimizi qorumasaq sanki öz doğma əcdadlarımıza hörmətsizlik etmiş oluruq. Mən bir daha sizi bu məsələlərdə ictimaiyyətin maarifləndirilməsinə önəm verməyinizi istərdim”.

Nazir Azərbaycan əsilli müğənni Sami Yusufun azərbaycanlı şair, mütəfəkkir İmadəddin Nəsiminin "Sığmazam” qəzəli əsasında kompozisiya hazırlamasına da münasibət bildirib: "Azərbaycan əsilli dünya şöhrətli müğənni və bəstəkar Sami Yusufun dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin "Sığmazam” qəzəli əsasında hazırladığı kompozisiyanı özünün "YouTube” kanalında yerləşdirdiyi andan internet məkanında əsl hadisəyə çevrilib. Kompozisiya bu il iyunun 30-da Bakıda – Heydər Əliyev Mərkəzində UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimində ifa olunub. Biz onu o vaxt müəllif hüquqlarına görə yaymadıq”.

Sonda jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video