Alternative content

16:50 16 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclisdə Rusiyanın Sverdlovsk vilayəti Qanunvericilik Məclisinin Sədri ilə görüş olub
Milli Məclisdə Rusiyanın Sverdlovsk vilayəti Qanunvericilik Məclisinin Sədri ilə görüş olub
ANA SƏHİFƏ / PARLAMENT
17:15 12.09.2019

Sentyabrın 12-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Sverdlovsk vilayətinin Qanunvericilik Məclisinin Sədri Lyudmila Babuşkinanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Sədr bu görüşün Rusiyanın Sverdlovsk vilayəti ilə Azərbaycan arasında əməkdaşlığın inkişafına yeni töhfə verəcəyinə inamını söylədi. Bildirildi ki, Azərbaycan və Rusiya prezidentləri arasında münasibətlərin yüksək səviyyədə olması dövlətlərarası əlaqələrə öz təsirini göstərir. Heç də təsadüfi deyil ki, Azərbaycan-Rusiya əlaqələri artıq keyfiyyətcə yeni mərhələyə - strateji tərəfdaşlıq mərhələsinə qədəm qoyub. Ölkələrimiz arasında bu günədək 230-a yaxın sənəd imzalanıb, 44 sənəd üzərində iş davam etdirilir. Bütün bunlar əməkdaşlığımızın möhkəm hüquqi bazaya əsaslandığının göstəricisidir. Azərbaycan Rusiyanın subyektləri, o cümlədən müxtəlif regionları ilə əlaqələrin daha da dərinləşməsinə böyük önəm verir. Bu gün Rusiya Federasiyasının 70-dən çox subyekti, 20-dək regionu ilə iqtisadi-ticari, elmi-texniki və mədəni əməkdaşlıq üzrə saziş imzalanıb. Hökumətlərarası və parlamentlərarası komissiyaların fəaliyyəti əməkdaşlığımızın inkişafına xidmət edir. Cari ildə ötən illə müqayisədə ticarət dövriyyəmizin həcmi müvafiq dövrə nisbətən 300 milyon ABŞ dolları həcmindən çox olub. Biz gələcəkdə bu sahədə dövriyyəni 3 milyard dollara çatdırmaq niyyətindəyik.

Sədr bildirdi ki, Milli Məclislə Sverdlovsk vilayətinin qanunvericilik orqanı arasında əlaqələrin inkişafı günün tələbidir. Milli Məclis Rusiya Federasiyasının Dövlət Duması və Federal Şurası ilə sıx əməkdaşlıq edir. Parlamentdə Rusiyanın qanunvericilik orqanı ilə dostluq qrupu fəaliyyət göstərir. Deputatlarımız mütəmadi olaraq Rusiyaya səfərlər edirlər. Biz Rusiyanın regionları, o cümlədən Sverdlovsk vilayəti ilə bu sahədə əlaqələrimizi dərinləşdirmək istərdik.

Lyudmila Babuşkina ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söylədi. Qonaq təmsil etdiyi vilayətin Rusiyanın inkişaf etmiş ən iri bölgələrindən biri olduğunu dedi. Qeyd edildi ki, Sverdlovsk vilayəti ilə Azərbaycan arasında iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi xalqlarımızın mənafeyinə uyğundur.

Söhbət zamanı tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Görüşdə Rusiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı, komitə sədri Əli Hüseynli, deputat Mixail Zabelin, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov və digər rəsmi şəxslər iştirak ediblər.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM