12 Sentyabr 2019 15:03
583
DÜNYA
A- A+

Erməni parlamenti aprel döyüşlərində ağır məğlubiyyətin səbəblərini araşdırır


Ermənistanda aprel döyüşlərində ermənilərin ağır məğlubiyyətə uğramasının səbəblərini təhqiq edən parlament komissiyası 2016-cı ilin aprelində həmin hərbi əməliyyatların iştirakçısı olmuş zabit və əsgərləri qanunverici orqana dəvət edib. AZƏRTAC xəbər verir ki, bu məlumatı Ermənistanın "Qraparak” qəzeti yayıb.

Qəzetin məlumatına görə, ilk növbədə, parlamentə həmin vaxt cəbhə xəttində olmuş erməni hərbçilər dəvət olunacaq və onlar erməni ordusunun bu qədər ağır itkilər verməsinin səbəbləri ilə bağlı mülahizələrini bildirəcəklər. Qeyd olunub ki, artıq bu məsələ ilə bağlı Ermənistan Müdafiə Nazirliyinin əməliyyat idarəsi rəisinin hazırda vəzifələrində qalan müavinləri parlament komissiyasında ifadə veriblər. Bundan başqa, parlament komissiyası aprel döyüşlərində məğlubiyyətlə əlaqədar qapalı iclas da keçirilib. Bildirilir ki, Ermənistanın sabiq prezidenti Serj Sarkisyan da ifadə verəcək.

Qeyd edək ki, Ermənistanın əvvəlki iqtidarının hakimiyyətdən getməsinə əsas səbəb olan və erməni ordusunun döyüş qabiliyyətinin zəif olmasını sübut edən aprel döyüşləri erməni cəmiyyətində ciddi narazılıq doğurub. Hazırkı baş nazir Nikol Paşinyan isə həmin məğlubiyyətdən istifadə edərək öz bədxahlarından qisas almaq fikrindədir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video