12 Sentyabr 2019 13:21
538
SİYASƏT
A- A+

Leyla Abdullayeva: Azərbaycanın xarici siyasətinin uğurları barədə beynəlxalq müstəvidə məlumatlandırma böyük əhəmiyyət daşıyır


Azərbaycanın xarici siyasətinin prioritetləri, əldə etdiyimiz nəticələr barədə beynəlxalq müstəvidə məlumatlandırma böyük əhəmiyyət daşıyır. Xarici ölkələrdə Azərbaycan mövzusunda təşkil olunan tədbirlər ölkəmizlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından faydalıdır. Təqdim etdiyimiz məlumatlar müvafiq sahələrin mütəxəssisləri üçün xüsusilə lazımlıdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva deyib. Ankarada təşkil olunan konfransdakı çıxışların iştirakçılar tərəfindən böyük maraqla qarşılandığını diqqətə çatdıran mətbuat katibi deyib: "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin, eləcə də xarici siyasət gündəliyimizin prioritet məsələləri, habelə ölkəmizin inkişaf istiqamətləri barədə xarici diplomatları məlumatlandırmaq informasiya siyasətimizin mühüm bir hissəsidir. Hesab edirəm ki, Ankaradakı konfrans bu mənada səmərəli oldu”.

Leyla Abdullayeva qeyd edib ki, Ankaraya səfər çərçivəsində Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Hami Aksoy ilə keçirilən görüşdə də qarşılıqlı maraq doğuran məsələlərə dair faydalı müzakirələr aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video