12 Sentyabr 2019 12:14
563
CƏMİYYƏT
A- A+

DSX-nin Çevik Hərəkət Qüvvələrinin hərbi hissəsində yeni idman kompleksi istifadəyə verilib


Azərbaycan Sərhəd Mühafizəsinin inkişafı və dövlət sərhədinin etibarlı mühafizəsi üçün sərhədçilərin peşəkarlıq səviyyəsinin və fiziki hazırlığının yüksəldilməsi mühüm əhəmiyyət kəsb edir.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin açılışını etdiyi DSX-nin Çevik Hərəkət Qüvvələrinin Yevlax şəhərindəki hərbi hissəsində yeni idman kompleksi istifadəyə verilib.

İdman kompleksinin açılış mərasimində iştirak edən DSX-nin Çevik Hərəkət Qüvvələrinin komandanı, general-leytenant Ehram Hacıyev Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin təbrikini şəxsi heyətə çatdırıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında hərbi qulluqçular üçün zəruri xidməti və yaşayış səviyyəsinin təmin edilməsi, o cümlədən bədən tərbiyəsi və fiziki hazırlıqla məşğul olmaları üçün lazımi şəraitin yaradılması istiqamətində önəmli tədbirlərin görülməsi, bu sırada "Sərhədçi” idman olimpiya mərkəzinin, həmçinin bütün sərhəd dəstələrinin və digər hərbi hissələrin nəzdində yaradılmış idman komplekslərinin fəaliyyətinə böyük önəm verilməsi xüsusi qeyd olunub.

Yeni inşa edilmiş idman kompleksində çevikliyi və dözümlülüyü artırmaq üçün ən müasir avadanlıqla təchiz edilmiş trenajor zalı, stolüstü tennis və bilyard zalı, voleybol, basketbol və mini futbol oyunlarının keçirilməsi üçün nəzərdə tutulmuş böyük idman zalı mövcuddur. İdman kompleksində, həmçinin tamaşaçılar üçün tribuna, idmançılar üçün rahat geyinib-soyunma və yuyunma otaqları, kompleksin fəaliyyətini təmin etmək üçün zəruri avadanlıqla təchiz edilmiş xidməti otaqlar da istifadəyə verilib.

İdman kompleksinə baxış keçirildikdən sonra nümunəvi çıxışlar təqdim olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video