11 Sentyabr 2019 17:18
516
DÜNYA
A- A+

La-Manşı keçməyə cəhd edən 86 miqrant saxlanıldı


Kiçik qayıqlarla Fransadan Böyük Britaniyaya üz tutan 86 miqrant La-Manş boğazını keçməyə cəhd edərkən həbc olunmuşdur. Bu barədə Birləşmiş Krallığın Daxili İşlər Nazirliyi məlumat vermişdir. Məlumatda qeyd edilir ki, bir dəfəyə 86 miqrantın yaxalanması rekord göstəricidir.

Britaniya sahilinə yaxınlaşan dörd qayıq saxlanılmışdır. Miqrantların başqa iki qrupu həbs olunmazdan əvvəl sahilə çıxa bilmişdi. Britaniya Daxili İşlər Nazirliyi bildirmişdir ki, bu təhlükəli və qanunsuz təzahürə qarşı çıxaraq Fransa hakimiyyət orqanları ilə bütün səviyyələrdə əməkdaşlıq edir.

Ötən il Britaniyanın Daxili İşlər naziri Priti Patel və onun fransız həmkarı Kristof Kastaner boğazı kiçik qayıqlarla keçmək hallarını azaltmaq məqsədilə birgə tədbirləri fəallaşdırmaq barədə razılığa gəlmişlər. Londonun məlumatına görə, əvvəllər Böyük Britaniyaya qanunsuz gəlmiş 65 miqrant cari ilin yanvarından sentyabrınadək Avropanın başqa ölkələrinə deportasiya olunmuşdur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video