11 Sentyabr 2019 15:41
490
SİYASƏT
A- A+

Sverdlovsk vilayətinin qubernatoru özünün Instаgram səhifəsində Azərbaycana səfərindən yazıb

Rusiyanın Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşev özünün Instаgram səhifəsində Azərbaycana səfərinin başlanmasından yazıb.

AZƏRTAC xəbər verir ki, vilayətin nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədir. Qubernator yazıb: "Sverdlovsk vilayəti nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb. Sahibkarlarımız, regional və yerli səviyyədə hakimiyyət təmsilçilərimiz bu dost ölkə ilə həyata keçiriləcək yeni layihələr və əməkdaşlıq sahələri ilə bağlı razılığa gəlməlidirlər. Azərbaycan bizim etibarlı tərəfdaşımızdır və birgə layihələr üçün potensial çox böyükdür. Birlikdə fəaliyyət göstərəcəyik”.

Sverdlovsk vilayəti nümayəndə heyətinin tərkibinə regional qanunverici məclisin sədri Lyudmila Babuşkina, insan haqları üzrə müvəkkil Tatyana Merzlyakova, həmçinin regional parlamentin deputatları, hökumət üzvləri, Ural regionunun aparıcı ali təhsil müəssisələrinin rektorları və sahibkarlar daxildirlər.

Səfər çərçivəsində rəsmi şəxslər və işgüzar dairələrin nümayəndələri ilə bir sıra görüş və danışıqların keçirilməsi nəzərdə tutulub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video