11 Sentyabr 2019 00:54
622
SİYASƏT
A- A+

Gənclər qitələrarası siyasi və ictimai münasibətlər müstəvisində də birləşirlər


Bakıda keçirilən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Gənclər Qolunun 5-ci və Qadınlar Qolunun 6-cı iclasında bu məsələ müzakirə edildi


Gənclərə qayğı respublikamızda yürüdülən dövlət siyasətinin prioritetlərindəndir. Son illər ölkə gənclərinin istər istehsalatda, istərsə də idman və mədəniyyət sahəsindəki uğurları diqqət çəkməkdədir.

Bu, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin real bəhrəsidir. Ümummilli Liderin təşəbbüsü ilə hələ sovetlər birliyi dövründə Azərbaycan gəncliyinin inkişafı istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər görülmüş, milli dəyərlərə və tarixi-mədəni irsə bağlı gənc nəslin formalaşmasına başlanmışdı.

Bugünkü gəncliyin potensialının üzə çıxarılması və onların bacarıqlarından maksimum istifadə dövlət gənclər siyasətinin əsasını təşkil edir. Məhz bunun nəticəsidir ki, onlar istər ölkə daxilində, istərsə də beynəlxalq miqyasda uğurlu fəaliyyətləri ilə seçilirlər.

Gənclər siyasətinin vacib istiqamətlərindən biri də beynəlxalq təmsilçilikdir. İndi gənclər Azərbaycanın inkişafı və həqiqətlərini dünya ictimaiyyətinə yüksək tribunalardan çatdırırlar. Azərbaycan əhalisinin əksəriyyətinin gənclərdən ibarət olması isə ölkəmizin davamlı inkişafının təminatıdır. Demək, gəncliyin əsas yolu və vəzifəsi ilk növbədə Prezidentin ətrafında daha sıx birləşərək azərbaycançılıq ideologiyasına sədaqətlə xidmət etməkdir.

Prezident İlham Əliyev üzünü gənclərə tutaraq demişdi: "Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”. Dövlət başçısı əlavə etdi ki, Azərbaycanda müasir gənclər siyasəti 1994-cü ildə başlamışdır. Həmin il Ulu Öndər Gənclər və İdman Nazirliyini yaratmışdı: "Bu, çox əlamətdar hadisə idi. Azərbaycanda gənclər siyasəti məhz 1994-cü ildən icra edilməyə başlanılmışdır... Gəncə şəhəri 2016-cı ildə Avropa Gənclər Paytaxtı adına layiq görülmüşdür. Biz Azərbaycanda müxtəlif beynəlxalq tədbirlər, o cümlədən 170 ölkədən nümayəndənin iştirak etdiyi Dünya Skaut Hərəkatı Təşkilatının konfransını keçirmişik. Bütün bunlar onu göstərir ki, bu istiqamətdə düzgün addımlar atılır və bundan sonra da atılacaq.

Gənclər üçün əsas istiqamət, əlbəttə ki, təhsildir. Mən bütün gənclərə üz tutub deyirəm ki, təhsilə çox böyük fikir versinlər. Gənclər peşəkar olmalıdırlar. İstənilən sahədə işləyən gənclər çalışmalıdırlar ki, öz peşəkarlıqlarını artırsınlar. Bizim gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar. Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik”.

Son illər paytaxt Bakının bir sıra beynəlxalq tədbirlərə evsahibliyi etməsi ənənə halını alıb. Belə tədbirlərin arasında gənclərlə bağlı olanlar da az deyil.

Yeni Azərbaycan Partiyasının evsahibliyi ilə "Gənclərin sosial və siyasi proseslərdə rolu və qadınların fəallığının gücləndirilməsi” mövzusunda sentyabrın 7-də Bakıda keçirilən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Gənclər Qolunun 5-ci və Qadınlar Qolunun 6-cı iclası da bu qəbildəndir.

ICAPP-ın Baş katibi Park Ro-byugunun ümumi məlumatından sonra çıxış edən Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov konfransın Asiya qitəsində ictimai-siyasi proseslərin, bir sıra problemlərin müzakirəsi baxımından vacib platforma olduğunu deyib. O vurğulayıb ki, cəmiyyətin və bəşəriyyətin gələcəyini Asiya ölkələrində bu gün müşahidə olunan inkişafdan ayrı təsəvvür etmək mümkün deyil: "Asiya dünya iqtisadiyyatının inkişafına böyük töhfələr verir. Xüsusilə də gənclər və qadınlar problemini ayrıca vurğulamağa ehtiyac var. Asiya ölkələri üçün xarakterik olan məsələlərdən biri də əhalinin dinamik artımında gənclərin xüsusi çəkisinin yüksək olması ilə əlaqədardır”.

Beynəlxalq tədbirdə xüsusi olaraq vurğulanıb ki, sabitliyin, əmin-amanlığın bərqərar edilməsi və möhkəmləndirilməsi, region üçün problemə çevrilən terrorizm kimi bəlaların aradan qaldırılması da ICAPP çərçivəsində müzakirə olunacaq ciddi məsələlərdir.

ICAPP Gənclik Qolunun sədri, Malayziya parlamentinin üzvü Seri Şahidan bin Kassimin ölkəmizə ikinci dəfə səfər etdiyini bildirib. Qonaq ötən dövr ərzində böyük inkişafın şahidi olduğunu və Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrildiyini söyləyib.

Diplomat bildirib ki, keçirilən tədbirdə Asiya ölkələrindən olan müxtəlif baxışlara malik gənclər iştirak edir: "Bu günün gəncləri sabahın liderləridir. Bu isə imkan verir ki, onlar gələcəyin siyasətçisi, lideri kimi qətiyyətli və vacib qərarlar qəbul edə bilsinlər...”

Azərbaycanın Avropa ilə Asiyanın qovuşuğunda yerləşdiyini bildirən qonaq tədbirin məhz Bakıda keçirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

ICAPP Qadınlar Qolunun həmsədri, Nepal parlamentinin üzvü Sujata Koirala müzakirələrə qoşularaq, bu iclasın qadınların ictimai həyatda iştirakının gücləndirilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Xanım Sujata Koirala qeyd edib ki, qlobal dünyada gender bərabərliyinin təmin edilməsində mühüm nailiyyətlər əldə olunub. Onların parlamentdə və dövlət qurumlarında təmsilçiliyi xeyli artıb. ICAPP fəaliyyət göstərdiyi dövr ərzində qadınların mövcud problemlərinin həlli istiqamətində xeyli zəruri işlər görüb.

Milli Məclis Sədrinin müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova dünyada mövcud olan ictimai-siyasi durum, bütün qitələri təhdid edən təhlükələr və çağırışlar barədə fikirlərini söyləyərkən qeyd edib ki, bu, bizi ən müxtəlif formatlarda beynəlxalq qurumlar çərçivəsində, xüsusilə siyasi partiyaların birlikləri olan ICAPP tipli təşkilatlarda birləşməyə vadar edir. Bu regionda siyasi partiyaların bir araya gəlməsi və qarşıdakı hədəflərə nail olunması üçün yolların axtarılması baxımından çox vacibdir.

Gənclər və İdman naziri Azad Rəhimov isə çıxışında Azərbaycanın dövlət gənclər siyasəti haqqında məlumat verərkən bildirib ki, ölkəmizdə bu sahədə bır sıra dövlət proqramları qəbul olunub. Əhalimizin 30 faizindən çoxunu gənclər təşkil edir. Prezident İlham Əliyev tərəfindən gənclərin inkişafı üçün yaradılmış münbit şərait nəticəsində dövlət qurumlarında onların təmsilçiliyi xeyli artıb. Gənclərimizin beynəlxalq əlaqələrinin inkişaf etdiyini deyən nazir son illər Azərbaycanda gənclər siyasəti ilə bağlı beynəlxalq tədbirlərin sayının da dəfələrlə artdığını vurğulayıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Sədaqət Qəhrəmanovanın islasda səsləndirdiyi fikrə görə, müasir inteqrasiya, eləcə də davamlı inkişaf prosesində qadınların iştirakının artırılması, bunun üçün mexanizmlərin yaradılması əsas məsələlərdəndir: "Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Qadınlar Qolu zərif qadınların hüquqlarının müdafiəsi istiqamətində çox mühüm layihələr həyata keçirir, onların iqtisadi, sosial həyatda iştirakının təmin olunmasında, bərabər hüquqlar əldə etməsində xüsusi rol oynayır. Ümumiyyətlə, gender bərabərliyinə nail olmaq, qadınların imkanlarını genişləndirmək inkişafın fundamental əsasıdır və qloballaşma prosesində önəmli yer tutur”.

Tədbirdə də qeyd edildiyi kimi, gənc alimlərimiz bu gün müxtəlif sahələrdə ölkənin elmi potensialını daha da gücləndirirlər. Dövlət başçısının təşəbbüsü ilə bir neçə il bundan əvvəl Elmin İnkişafı Fondu, Gənclər Fondu yaradılıb. Bu fondlar vasitəsilə istedadlı gənclərə qrantlar verilir, müxtəlif tədqiqat proqramlarının həyata keçirilməsi üçün vəsait ayrılır. Buna görə də gənclər bu gün cəmiyyətdə çox fəal rol oynayırlar.

Yeri gəlmişkən, 1995-ci ildə 11 təşkilat birləşərək Gənclər Təşkilatları Milli Şurası yaradıldı. Bu gün onun tərkibində 130-dan artıq təşkilat birləşir. Gənclər təşkilatlarının təşəbbüsləri, onların cəmiyyətin və gəncliyin inkişafına yönəlmiş layihələri, həmçinin beynəlxalq əməkdaşlığı dövlət tərəfindən dəstəklənir. Gənclər siyasətinin vacib istiqamətlərindən biri də beynəlxalq təmsilçilikdir. Dövlətimizin yürütdüyü xarici siyasət nəticəsində gənclər Azərbaycanın inkişafı və həqiqətlərini dünya ictimaiyyətinə yüksək tribunalardan çatdırırlar.

Azərbaycan əhalisinin əksəriyyətinin gənclərdən ibarət olması ölkəmizin davamlı inkişafının təminatıdır. Gəncliyin üzərinə düşən mühüm vəzifələrdən biri də dövlət başçısının yürütdüyü siyasətin təbliğatçıları olmaq, Prezidentin ətrafında daha sıx birləşərək azərbaycançılıq ideologiyasına sədaqətlə xidmət etməkdir.

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video