11 Sentyabr 2019 00:36
462
İQTİSADİYYAT
A- A+

Hava şəraiti Ucar pambıqçılarına mane olmur


Ucar rayonunda pambıq yığımı davam edir. Hava şəraitinin törətdiyi çətinliklərə baxmayaraq, indiyədək 40 tona yaxın məhsul toplanıb və bunun 32 tonu "P-AQRO” MMC-nin Ucar pambıq emalı kompleksinə təhvil verilib.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, builki mövsümdə 5 ərazidə - Təzə Şilyan, Şahlıq, Lək, Xələc və Qaziyan ərazi dairələrində 500 hektarda pambıq yetişdirilib. Daha 10 hektarda Çin texnologiyası ilə əkin aparılıb. Torpaq mülkiyyətçiləri ağır zəhmət bahasına yetişdirdikləri məhsulu tez və itkisiz yığmaq üçün bütün qüvvələri səfərbər ediblər. Hazırda məhsul toplanışına hər gün 200-dən çox işçi qüvvəsi çıxır. Yığım Lək, Xələc və Təzə Şilyan ərazi dairələrində daha mütəşəkkil təşkil olunub. Yetişdirilən məhsulun 80 faizinin maşınla, qalanının isə əl ilə yığılması nəzərdə tutulur. Artıq 2 pambıqyığan maşın hazır vəziyyətdədir.

Qeyd edək ki, mütəxəssislər bu mövsümdə 1000 tondan çox "ağ qızıl” yığılacağı qənaətindədirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video