11 Sentyabr 2019 00:33
737
Mədəniyyət
A- A+

51 müxtəlif adda kitab, 3 sənədli film, 5 sosial videoçarx


Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən milli-mənəvi dəyərlərimizin qorunması və təbliği, eləcə də dini etiqad sahəsində maarifləndirmə işi bir neçə istiqamətdə həyata keçirilir ki, bunlardan da başlıcası müxtəlif mövzularda kitabların nəşrinə, sosial videoçarxların və sənədli filmlərin hazırlanmasına maddi vəsaitin ayrılmasıdır.

Belə ki, 2018-ci il ərzində fondun dəstəyi ilə 51 müxtəlif adda kitab nəşr edilmiş, 3 sənədli film, 5 sosial videoçarx hazırlanmışdır. 2019-cu il üçün isə 43 adda kitabın nəşri, 6 sənədli film və 6 sosial videoçarxın hazırlanması nəzərdə tutulmuşdur.

Mənəvi Dəyərlərin Təbliği fondunun dəstəyi ilə nəşr edilən kitablar, hazırlanan sosial videoçarxlar və filmlər milli-mənəvi, əxlaqi, tərbiyəvi, sosioloji, dini, tarixi, vətənpərvərlik və s. bu kimi əhəmiyyətli mövzuları əhatə edir. Burada əsas məqsəd hər birimiz üçün müqəddəs sayılan, cəmiyyətin inkişafında xüsusi rolu olan ailə dəyərlərinin, dini və əxlaqi dəyərlərin, vətənpərvərliyin, böyüyə hörmət və kiçiyə mərhəmətin, yaxşılığın, yardımlaşmanın, xeyriyyəçiliyin, birgəyaşayışın, azərbaycançılığın təbliğinə töhfə vermək və bu istiqamətdə maarifçilik işini həyata keçirməkdir. Fondun dəstəyi ilə hazırlanan nəşrlərdə intihar, zərərli vərdişlərə aludəçilik, mənəviyyat böhranı, dini radikalizm və s. qlobal problemlərə toxunulur və səbəbləri araşdırılır.

"Azərbaycanda xeyriyyəçilik ənənələri”, "İslam: mənəvi dünyadan sosial həyata”, "Erməni terroru: Azərbaycanın dini və tarixi abidələri”, "Azərbaycanda ailə dəyərləri”, "Mənəvi dəyərlər

İlham Əliyev siyasətinin tərkib hissəsi kimi”, "Birgəyaşayış fəlsəfəsi özünütəcriddən vəhdətə doğru”, "Qurani-Kərimdə mənəvi prinsiplər” adlı kitablar fondun dəstəyi ilə nəşr edilənlərin kiçik bir hissəsidir.

Həmçinin Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə "Ailə dəyərləri”, "Heydər Əliyev və azərbaycançılıq”, "Oxu” filmləri, "Həyat dəyərlidir”, "Azərbaycan bayrağı”, "Dilim varsa, mən varam”, "Azərbaycan ailəsi”, dahi xeyriyyəçimiz Hacı Zeynalabdin Tağıyevə həsr olunmuş "Xeyriyyəçilik ənənələrimiz” adlı videoçarxlar hazırlanaraq sosial şəbəkələrin fonda məxsus olan səhifələrində nümayiş etdirilmişdir.

Qeyd edək ki, fondun maarifləndirmə sahəsində fəaliyyətinin bir hissəsini də müxtəlif mövzularda konfransların, seminarların, "dəyirmi masa”ların keçirilməsi təşkil edir. Belə ki, ötən ildən bugünədək ölkənin müxtəlif bölgələrində 100-ə yaxın konfrans, seminar və "dəyirmi masa”lar təşkil edilmişdir. Bu tədbirlərdə mövzuya uyğun olaraq ekspertlərin mühazirələri dinlənilir, fondun sifarişi ilə hazırlanmış filmlər və videoçarxlar nümayiş olunur, həmçinin disk halına salınaraq kitablarla birlikdə pulsuz paylanılır.

Xəyalə MURADLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video