10 Sentyabr 2019 17:31
616
DÜNYA
A- A+

Tailandda 28 nəfər daşqınların qurbanı oldu



Tailandın 32 şimal və şimal-şərq əyaləti leysan yağışlarının doğurduğu daşqınlardan ziyan çəkmişdir. Bu barədə "Bangkok Post” qəzeti xəbər verir.
Ötən ayın 29-dan bəri 28 nəfər təbii fəlakətin qurbanı olmuşdur. 370 mindən çox ev təsərrüfatı ziyan çəkmişdir. Leysan yağışları bir sıra rayonlarda hələ də davam edir. Bir çox yerli sakinlər ev-eşiyini tərk etmək məcburiyyətində qalmışlar. Təbii Fəlakətlərin Fəsadları ilə Mübarizə Departamentinin verdiyi məlumata görə, daşqınlardan ən çox Pitsanulok, Piçit, Amnat Çaroen, Yasotxon, Ubon Ratçatxani, Roy Yet və Sisaket əyalətləri zərər çəkmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video