10 Sentyabr 2019 17:25
502
DÜNYA
A- A+

Rusiya Prezidenti Administrasiyası casus qalmaqalına münasibət bildirib


ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə işlədiyi ehtimal olunan Oleq Smolenkov Rusiya Prezidenti Administrasiyasının əməkdaşı olub.

Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, O.Smolenkov 2016-2017-ci illərdə RF Prezidentinin Administrasiyasında işləyib, sonradan işdən azad edilib. O, yüksək vəzifəli şəxs olmayıb.

Xatırladaq ki, sentyabrın 9-da CNN teleşirkəti 2017-ci ildə ABŞ kəşfiyyatının öz agentini Rusiyadan çıxarması barədə xəbər yayıb. Bu şəxsin Rusiya hökumətində yüksək vəzifə tutduğu da vurğulanıb. Bundan sonra bəzi Rusiya KİV-ləri həmin şəxsin Prezident Administrasiyasında işləmiş Oleq Smolenkov olması barədə xəbərlər yayıb. Xəbərlərdə qeyd olunur ki, O.Smolenkov 2017-ci ilin iyununda ailəsi ilə birlikdə Rusiyadan Monteneqroya istirahətə gedib və bir daha ölkəyə qayıtmayıb. "The Washington Post” nəşrinin saytında, daşınmaz əmlak bölməsində Smolenkov soyadlı şəxsin Virciniya ştatında 925 min dollara ev aldığı bildirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video