Alternative content

03:43 22 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:47 22.09.2019 Dahidən danışan tarix
00:36 22.09.2019 “Təbii aspirin”
00:36 22.09.2019 Ədviyyatlı məlhəm
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr artıb
Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr artıb
ANA SƏHİFƏ / CƏMİYYƏT
15:34 06.09.2019

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, ölkə ərazisində yağan yağış nəticəsində respublikanın çaylarında sululuğun artımı müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçayda sululuq ongünlük normadan çox olmaqla normanın 150, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçayda sululuq ongünlük normadan çox olmaqla normanın 100-150, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az və norma daxilində olmaqla normanın 50-100 faizini təşkil edir.

Departamentdən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 6-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 9 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 109 kubmetrə bərabərdir. Bu da ongünlük normaya yaxın olmaqla onun 89 faizini təşkil edir.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 15 kubmetr/saniyə təşkil edir ki, bu da ongünlük normadan az olmaqla onun 21 faizinə bərabərdir.

Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsi dəyişməyib. Hazırda məntəqədə su sərfi saniyədə 42 kubmetrə bərabərdir. Bu da ongünlük normaya yaxın olmaqla onun 94 faizini təşkil edir.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 4 santimetr artaraq 348 santimetr təşkil edib. Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr artaraq 119 santimetrə bərabər olub. Salyanda suyun səviyyəsi 2 santimetr artıb və 140 santimetr olub. Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 7 santimetr artaraq 50 santimetr təşkil edib. Bankə məntəqəsində isə suyun səviyyəsi dəyişməyərək 165 santimetr olub.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM