06 Sentyabr 2019 11:00
813
DÜNYA
A- A+

Ermənistanda məhkumlar üsyan qaldırıblar


Ermənistan paytaxtının yaxınlığında yerləşən Nubaraşen həbsxanasında məhkumlar üsyan qaldırıblar. AZƏRTAC erməni KİV-nə istinadla xəbər verir ki, onlar koloniyada baş verən qanunsuzluqlarla, məhkumların saxlanılması şəraitinin acınacaqlı olmasına qarşı etirazlarını bildiriblər.

Ölkənin Ədliyyə naziri Rüstəm Badasyan bildirib ki, həbsxanaya əlavə mühafizə dəstələri göndərilib və kollektiv üsyanın qarşısı alınıb. Onun sözlərinə görə, hazırda islah-əmək koloniyasında vəziyyət sabitdir. Erməni nazir əlavə edib ki, üsyançı məhkumların yenidən itaətsizlik göstərəcəyi təqdirdə əlavə tədbirlər görüləcək.

Erməni KİV-lərinin yazdığına görə, həbsxananın mühafizə işçiləri kriminal avtoritetlər üçün rüşvət müqabilində qadağan olunmuş müxtəlif əşyalardan, habelə narkotik vasitələrdən istifadə edilməsinə şərait yaradıblar. Korrupsiya və özbaşınalığın hökm sürdüyü koloniyada digər məhkumlar aclıq və antisanitariya şəraitində saxlanılıb. Helsinki Komitəsinin Ermənistan nümayəndəsi də bununla bağlı dəfələrlə hökumətə müraciətlər ünvanlayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video