Alternative content

04:22 22 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:47 22.09.2019 Dahidən danışan tarix
00:36 22.09.2019 “Təbii aspirin”
00:36 22.09.2019 Ədviyyatlı məlhəm
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan dövləti üçün vətəndaşın rifahının yüksəlməsinin prioritet olduğu bir daha təsdiqləndi
Azərbaycan dövləti üçün vətəndaşın rifahının yüksəlməsinin prioritet olduğu bir daha təsdiqləndi
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:46 06.09.2019


Prezident İlham ƏLİYEV: "Əlavə gəlirlərimizin, demək olar ki, tam həcmini sosial sahəyə yönəldirik”


Bir ildə ölkədə iki böyük sosial islahatlar paketinin qəbul edilməsi təqdir olunmalı, alqışlanmalı, haqqında geniş söhbət açılmalı faktdır. Digər tərəfdən isə, bu, elə bir faktdır ki, şərhə o qədər də ehtiyac duymur. Çünki eyni ildə, yəni aralarında bir neçə ay fərqi olmaqla iki sanballı paketin qəbul edilməsinin özü çox şey deyir.

Əvvəla, bu, ölkənin inkişafından, maddi imkanlarının geniş olmasından xəbər verir. Digər tərəfdən, dövlətin vətəndaşa qayğısının, onun güzəranı, dolanışığı ilə daim maraqlanmasının, rifah halının getdikcə yaxşılaşması üçün əməli tədbirlər görməsinin aydın təzahürlərindən biridir.

Hələ ilin əvvəlində Prezident İlham Əliyev bu ilin sosial inkişafla bağlı fərqli olacağını bildirmişdi. Dövlət başçısı həmişə olduğu kimi, yenə də sözünün üstündə dayandı. İnsanların sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində geniş və çoxşaxəli tədbirlər həyata keçirildi. İmzalanan sərəncamlar sosial sahədə mübaliğəsiz, demək olar ki, əsl inqilabi dəyişiklik etdi.

Prezident İlham Əliyev bu iki sosial paketlə bir daha təsdiq etdi ki, Azərbaycan dövlətinin siyasətinin mərkəzində vətəndaşın maraqları, sosial rifahı dayanır. Belə ki, birinci sosial paket 3 milyon nəfəri əhatə etdi. Onun illik maliyyə tələbi 1,6 milyard manata bərabər idi. Bu sosial islahatlar paketi tam icra olundu, pensiyalar, əməkhaqları artırıldı. İkinci sosial paket əhalinin daha geniş kateqoriyasını əhatə etdi. Ümumilikdə hər iki paketin ümumi dəyəri cari il üçün 2,3 milyard manatdır.

Bu il iyulun 31-də Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə dövlət başçısı bu barədə demişdir: "Biz əlavə gəlirlərimizin, demək olar ki, tam həcmini sosial sahəyə yönəldirik. Çünki sosial sahə bizim üçün prioritet sahədir və hər zaman bu sahə diqqət mərkəzində olub, bu gün də belədir. Azərbaycan vətəndaşlarının rifahı, onların yaşayış səviyyəsi daim diqqət mərkəzindədir və imkan daxilində biz bu məsələləri həll edirik. Onu da bildirməliyəm ki, bu sosial paketin həyata keçirilməsi üçün çox böyük maliyyə vəsaiti tələb olunur. Biz buraya təxminən iki dəfə artımın olduğu sosial müavinətləri də əlavə edə bilərik. Məcburi köçkünlərə verilən müavinət 50 faiz artmışdır, problemli kreditlərlə bağlı olan məsələ öz həllini tapmışdır. Digər sosial təşəbbüslər irəli sürülmüşdür və bu, bir daha onu göstərir ki, bizim siyasətimiz sosialyönümlü siyasətdir”.

Bu il iyun ayının 18-də dövlət başçısı əhalinin sosial müdafiəsini gücləndirmək məqsədilə 17 sərəncama imza atıb. Bununla da sözügedən ikinci sosial paketi təsdiq edib. Başqa sözlə, sosial sahədə ilin əvvəlində atılan inqilabi addımların yeni mərhələsinə start verilib. Sərəncamların əhatə dairəsi həqiqətən çox genişdir. Bu il sentyabrın 1-dən minimum aylıq əməkhaqqı 180 manatdan 250 manata çatdırılıb. Dövlət qulluqçularının aylıq vəzifə maaşları 50 faiz artırılıb. Hərbi və hüquq mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin əməkhaqları 40 faiz çoxaldılıb. Dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin vahid aylıq vəzifə maaşlarının artımı orta hesabla 40 faiz təşkil edib. Dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşları da orta hesabla 40 faiz artırılıb.

Minimum əməkhaqqındakı təxminən iki dəfə, minimum pensiyada 72 faiz artım nəticəsində Azərbaycanda minimum pensiya MDB məkanında alıcılıq qabiliyyəti üzrə birinci göstəricidir. Əməkhaqqı isə həmin məkanda yenə də alıcılıq qabiliyyəti üzrə öndə - ikinci yerdədir.

Bütün bunlardan əlavə, müavinət və təqaüdlərin artırılması üçün görülmüş əməli tədbirlər də xüsusi önəm daşıyır. Belə ki, bu istiqamətdə aparılan islahatlar 1,3 milyon insanı əhatə edib. Onlardan 300 mindən çoxu əlillər, 500 minə qədəri məcburi köçkünlər, 100 mindən artığı tələbə və gənclərdir. Bir sözlə, təqaüd və müavinətlərin artımı əhalinin sosial cəhətdən ən həssas təbəqələrini əhatə edib. Onların gəlirləri xeyli artıb.

Ən önəmli cəhətlərdən biri də odur ki, Azərbaycan dövlətinin sosial siyasəti davamlı xarakter daşıyır. Buna çox misallar göstərmək mümkündür. Məsələn, keçən il prezident seçkilərindən sonra dövlət başçısının imzaladığı ilk fərman şəhid ailələrinin sosial müdafiəsi ilə bağlı oldu. Fərmanın icra edilməsi 12 mindən çox şəhid ailəsinin dövlət tərəfindən 11 min manat məbləğində vəsait alacağını nəzərdə tuturdu ki, bu da öz müsbət həllini tapdı. Daha bir mühüm məsələ problemli kreditlərlə bağlı idi. Cari ildə bu məsələ də dövlətimiz tərəfindən yüksək səviyyədə həll olundu.

Dövlətin irəli sürdüyü və gerçəkləşdirdiyi hər bir sosial təşəbbüs böyük önəm daşıyır. Məsələn, keçən ilin sonlarında qanunvericiliyə edilmiş dəyişiklik nəticəsində ölkədə sosial sığorta amnistiyası elan edildi. 2006-cı ildən 2018-ci ilədək sosial sığorta sahəsində cüzi ödəniş etmiş şəxslərə belə 25 il sığorta stajı tətbiq olundu. Bunun nəticəsində bu il yanvarın 1-dən avtomatik pensiya təyinatına başlandı. Avtomatik pensiya təyinatı artıq 13 min insanı əhatə edir. İl ərzində pensiyaya çıxan vətəndaşların 80 faizi bu yeniliklə əhatə olunacaq.

Əhalinin məşğulluq probleminin prioritet kimi qarşıya qoyulması, ölkədə elektrik enerjisi ilə bağlı çətinliyin olmaması, qaz və su xətlərinin ən ucqar kəndlərədək çatması, digər çoxsaylı infrastruktur layihələrinin həyata keçirilməsi üstəgəl maaşların, pensiyaların, təqaüd və müavinətlərin artırılması Azərbaycan dövlətinin sosial siyasətinin köklü olduğunu sübut edir. İyulun 31-də Prezidentin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədəki çıxışlar və müzakirələr bir daha göstərdi ki, Azərbaycanda insanın rifahına yönəldilən siyasət uğurla davam edir.

Flora SADIQLI,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM