06 Sentyabr 2019 00:46
697
İQTİSADİYYAT
A- A+

Pambıq yığımına son hazırlıq işləri görülür


Cari il ərzində pambıqçılıq rayonlarında becərmə zamanı bütün qüvvələrdən maksimum istifadə edilib və fermerlərin daha çox məhsul götürmələri üçün bütün mümkün şərait yaradılıb.

Pambığın becərilməsində suvarma, gübrələmə, kultivasiya, zərərverici və xəstəliklərə qarşı mübarizə, ucvurma və digər aqrotexniki tədbirlər vaxtında aparılıb. Bu sahədə ixtisaslaşmış hüquqi və fiziki şəxslər vaxtlı-vaxtında texniki vasitələrlə, mineral gübrələrlə təmin edilib. Yeri gəlmişkən qeyd edək ki, pambıq əkildikdən sonra sahələrin pambıq sovkası və pambıq mənənəsi kimi zərərvericilərdən qorunmasını təmin etmək üçün pestisid və insektisidlər fermerlərə 70 faiz güzəştlə satılıb. Eyni zamanda, əkin prosesini sürətləndirmək məqsədilə mexanizatorlar üçün sürücülük kursları təşkil olunub və kursları uğurla başa vuranlara sertifikatlar verilib.

Son hazırlıq işləri ilə əlaqədar pambıq əkini sahələri yığıma hazırlanır, sahə kənarları hamarlanır, şirkətlərə və "Aqrolizinq” ASC-yə məxsus pambıq yığımında və daşınmasında istifadə ediləcək texnikalar start xəttinə gətirilir, digər zəruri aqrotexniki və təşkilati tədbirlər həyata keçirilir. Həmçinin pambıqyığan kombaynlarla toplanacaq sahələrdə defolyasiya işləri aparılır.

Hazırda ölkə üzrə 411 pambıqyığan kombayn işlək vəziyyətə gətirilib ki, bunun da 123-ü "Aqrolizinq” ASC-nin, 288-i özəl şirkətlərindir. Bundan başqa, "Aqrolizinq” ASC-nin rayon bölmələrinin istifadəsində "Belorus-80X” tipli 125 traktor, 220 qoşqu var.

Xatırladaq ki, cari il 21 rayonda 100111,7 hektar sahədə pambıq əkilib. Bunun 96240,8 hektarı hüquqi şəxslərə, 3870,89 hektarı fiziki şəxslərə məxsusdur.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video