Alternative content

03:41 22 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:47 22.09.2019 Dahidən danışan tarix
00:36 22.09.2019 “Təbii aspirin”
00:36 22.09.2019 Ədviyyatlı məlhəm
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Rusiya-Ermənistan münasibətləri daha da gərginləşdi
Rusiya-Ermənistan münasibətləri daha da gərginləşdi
ANA SƏHİFƏ / SİYASƏT
00:41 06.09.2019


İşğalçı ölkənin xarici siyasəti böyük sürətlə iflasa uğrayır


Rusiya və Ermənistan arasında münasibətlərin son bir il ərzində kifayət qədər pisləşməsi, iki ölkənin əlaqələrinin kəskin ziddiyyətlər mərhələsinə qədəm qoyması müşahidə olunmaqdadır. Bütün bunların kökündə dayanan başlıca amil isə baş nazir Nikol Paşinyanın Rusiyanın mövqeyinə zidd addımlar atması, komandasında Moskva əleyhinə olan şəxslərin çoxluq təşkil etməsidir.

Hər iki ölkə arasında münasibətləri gərginləşdirən daha bir hadisə isə Avrasiya İqtisadi Birliyinin sammitində iştirak etmək üçün Rusiya Prezidenti Vladimir Putinin oktyabrın 1-də Ermənistana səfəri çərçivəsində həbsdə olan Robert Koçaryanla da görüşmək istəməsi olub. Putinin "Koçaryan məsələsini həll etmək üçün Ermənistana 10 gün vaxt verdiyini” bildirən erməni mediası onun şərtlərinin yerinə yetirilməyəcəyi təqdirdə sammitin Moskvada keçirilə biləcəyinə də eyham vurub.

Qeyd edək ki, ermənilərin bu təşkilatdan umacaqları çox idi. Hazırda isə arzuları çin olmayan ermənilər Avrasiya İqtisadi Birliyini ittiham etməkdə davam edirlər. İttihamlar isə müxtəlif xarakterlidir. Məsələn, Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan təşkilatın yaradıcısı olan Rusiyanı ermənilərə, dəqiq desək, erməni sürücülərinə qarşı haqsızlıqda günahlandırır. Onun fikrincə, ölkəsinin bu təşkilatdakı üzvlüyünə baxmayaraq, Ermənistanda sürücülük kurslarını bitirən ermənilərin sürücülük vəsiqələri hələ də Rusiyada tanınmır.

Başqa bir Ermənistan nümayəndəsi, ölkənin işəgötürənlər birliyinin rəhbəri Qaqik Markaryan isə erməniləri qarşıda gözlənilən qiymət artımına hazır olmağa məsləhət görür. Markaryanın sözlərinə görə, 2020-ci ilin yanvar ayından etibarən Ermənistanın gömrük imtiyazlarının Avrasiya İqtisadi Birliyi tərəfindən tutulması ölkədə qiymət artımının başlıca səbəblərindən biri olacaq.

"Pervıy Armyanskiy informasionnıy” portalında "Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib” sərlövhəli məqaləsi bir çox məsələlərə aydınlıq gətirir.

İlk öncə Ermənistanın baş naziri Nikol Paşinyanın "Nuvel de Armeni” nəşrinə müsahibəsindən sitat gətirilən məqalədə vurğulanır ki, Paşinyan belə mülahizə yürüdür ki, Yerevan Rusiya ilə münasibətlərdə çoxəsrlik komplekslərdən yaxa qurtarmalı və özünü bərabər tərəfdaş kimi göstərməlidir. Jurnalist baş nazirdən soruşur ki, Yerevan Ermənistan ilə Rusiyanın müttəfiqlik münasibətlərinin qorunub saxlanmasına Moskvanın şübhələrini aradan qaldıra bilibmi? Paşinyan bu sualın cavabında deyib: "Biz suveren tərəfdaşlarıq və əgər onların bizə şübhə etmək hüququ varsa, bizim də onlara şübhə etmək hüququmuz var”.

Paşinyan daha sonra deyib: "Mən hesab edirəm ki, bizim münasibətlərimiz bütövlükdə bu əsasda inkişaf etməli və fasiləsiz yaxşılaşmalıdır. Biz hər kəsin ləyaqətinə hörmət edən münasibətlər qurmalıyıq. Əminəm ki, bizim bugünkü münasibətlərimiz bu cür ləyaqətlə əlamətdardır. Kimsə bizə nə qədər şübhə edə bilərsə, bizim də həmin tərəfə eynilə o qədər şübhə etmək hüququmuz var. Əgər birisi hesab edirsə ki, biz tərəfdaş kimi öz öhdəliklərimizi lazımi səviyyədə yerinə yetirmirik, bizim də belə hesab etməyimizə icazə verilir. Qoy heç kəs elə düşünməsin ki, şübhələrin aradan qaldırılması yalnız bizim işimizin bir hissəsi olmalıdır”.

Məqalədə qeyd olunur ki, Paşinyanın müsahibəsindən belə qənaətə gəlmək olar ki, Ermənistan Rusiya ilə münasibətlərində "mütiliyi aradan qaldırır”. Müəllifin fikrincə, rusiyalı siyasi fəal, Rusiyada qadağan edilmiş "Rus etnosiyasi birliyi” təşkilatının Kaluqa bölməsinin sabiq rəhbəri, Ermənistanda qaçqın statusu almış Vitali Şişkinin ətrafında yaranmış vəziyyət buna əyani sübut hesab edilməlidir. Eyni zamanda, Arsruni gileylənir ki, Moskvada, elə Ermənistanın siyasi həyatının müəyyən seqmentində də keyfiyyətcə yeni Ermənistan-Rusiya münasibətlərini qəbul etməyə hazır deyillər.

Müəllif ondan narazıdır ki, özünün təbirincə desək, "köhnə sistem”in nümayəndələri Ermənistan-Rusiya münasibətlərinə "öldürücü zərbə vurulmasına” - Şişkinə siyasi sığınacaq verilməsinə görə Paşinyanı amansızcasına tənqid edirlər. O vurğulayır ki, prinsip etibarilə müttəfiq ölkələr bir-birinin vətəndaşlarına, xüsusən həmin vətəndaşların əməllərində siyasi iz olduqda, qaçqın statusu verməkdən qarşılıqlı imtina edirlər. Arsruni bunun həqiqət olması ilə razılaşır, lakin onun xoşuna gəlmir ki, Paşinyanın bugünkü opponentləri Ermənistan-Rusiya münasibətlərini, onun yazdığı kimi, vassal rejimində təsəvvür edirlər. Bu halda Moskva nə istəsə edə bilər, Yerevan isə özünü təmizə çıxarmağa çalışan "kiçik qardaş” statusunda çıxış etməlidir.

Ermənistanın Respublikaçı Partiyasının mətbuat katibi Eduard Şarmazanov isə baş nazir Nikol Paşinyanı Ermənistan-Rusiya münasibətlərinə zərbə vurmaqda ittiham edib. Qeyd edib ki, sorosçu bir adamın dəli kimi müttəfiqlik münasibətlərinə zərər verməsinə təəccüblənmədim: "Baş nazirin səlahiyyətlərini yerinə yetirən bir şəxsin bu münasibətlərin pozulmasını səssiz izləməsi də təəccüblü deyil. Təkcə o yox, bütün komandası səssizdir. Ermənistanın təhlükəsizliyinin qarantiyası olan Rusiya ilə münasibətlər tamamilə korlanıb, onlar isə buna səs çıxarmırlar”.

Rusiya ilə münasibətləri getdikcə gərginləşən Ermənistan rəhbərliyi özünü "qərbyönümlü” kimi göstərməyə çalışdığı bir vaxtda ABŞ-dan zərbə alıb. Belə ki, yerli mətbuatın verdiyi xəbərə görə, bu günlərdə ABŞ administrasiyası Ermənistan hakimiyyəti qarşısında hərbi kontingentini Suriyadan geri çəkməsi haqda tələb qoyub.

"168 jam” qəzeti yazır ki, bir neçə gün əvvəl mətbuatda müdafiə nazirinin, xarici işlər nazirinin və bir neçə səfirin iştirakı ilə bu məsələ ilə əlaqəli qapalı toplantı keçirildiyi haqda KİV-də xəbər yayılıb. Lakin Xarici İşlər Nazirliyi toplantı xəbərini təkzib edib. Bütün bunlara baxmayaraq, qeyd olunur ki, həmin mesaj Ermənistan hakimiyyətinə 2019-cu il avqustun 12-13-də Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Yerevana səfərindən dərhal sonra çatdırılıb. Deyilənlərə görə, Patruşev Ermənistan hakimiyyətindən bunun əksini - Suriyadakı erməni hərbi kontingentinin sayının artırılmasını tələb etmişdi. Məlumatda o da deyilir ki, ABŞ Ermənistanın Suriyaya hərbi kontingent göndərməsi ilə bağlı narazılığını bu ölkənin BMT-dəki səfiri Mqer Marqaryan vasitəsilə çatdırıb. Bildirilib ki, bu məsələ Ermənistan-ABŞ münasibətlərinə zərbə vurur. Həmin mənbənin bildirdiyinə görə, əgər kontingent çıxarılmasa, bunun ikitərəfli münasibətlərə təsiri olacaq.

Beləliklə, görünür ki, hər iki ölkə ilə münasibətlərin pisləşməsi fonunda Ermənistan sosial-iqtisadi, siyasi cəhətdən ağır vəziyyətə düşərək regionda daha zəif mövqe sahibinə çevriləcək.

Elçin CƏFƏROV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM