Alternative content

04:27 22 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:47 22.09.2019 Dahidən danışan tarix
00:36 22.09.2019 “Təbii aspirin”
00:36 22.09.2019 Ədviyyatlı məlhəm
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Asiya regionundakı ölkələrin bir çoxunda iqtisadi inkişaf sürətlə gedir
Asiya regionundakı ölkələrin bir çoxunda iqtisadi inkişaf sürətlə gedir
ANA SƏHİFƏ / SİYASƏT
00:40 06.09.2019


Sentyabrın 5-də Azərbaycan Respublikası Baş Nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Baş Nazirin müavini Asiyanın müxtəlif dinlərin və mədəniyyətlərin cəmləşdiyi böyük bir region olduğunu bildirib. Qeyd edib ki, bu regiondakı ölkələrin bir çoxunda iqtisadi inkişaf sürətlə gedir. Bununla paralel olaraq, regionda baş verən münaqişələr nəticəsində yoxsulluqdan əziyyət çəkən ölkələr də var. Bu baxımdan ICAPP-ın üzərinə mühüm məsuliyyət düşür.

Baş Nazirin müavini, həmçinin vurğulayıb ki, Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası ICAPP-ın beynəlxalq tədbirlərində iştirak edir və fəaliyyətini dəstəkləyir.

Əli Əhmədov qeyd edib ki, Azərbaycan son illər bir sıra regional və beynəlxalq əhəmiyyətli tədbirlərə evsahibliyi edir. O, ümidvar olduğunu bildirib ki, sentyabrın 6-da işə başlayacaq ICAPP Gənclər Birliyinin və Qadınlar Birliyinin Bakı Konfransı bu nüfuzlu beynəlxalq qurumun daha da inkişaf etməsi işinə öz töhfəsini verəcək.

ICAPP-ın Baş katibi Park Ro-byug və Koreya parlamentinin üzvü Lee Sang Don təşkilatın Azərbaycan hökuməti ilə əlaqələrindən bəhs ediblər. Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edən Park Ro-byug qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib. O, eyni zamanda, ICAPP ilə YAP-ın əməkdaşlığından danışıb. Baş katib qeyd edib ki, ICAPP-ın daimi komitəsinin 23 üzvü arasında YAP da təmsil olunur. Bu göstərir ki, Azərbaycan Asiya regionunda önəmli yerə malik bir ölkədir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM