Alternative content

03:40 22 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:47 22.09.2019 Dahidən danışan tarix
00:36 22.09.2019 “Təbii aspirin”
00:36 22.09.2019 Ədviyyatlı məlhəm
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə maarifləndirmə tədbirləri keçirilib
Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə maarifləndirmə tədbirləri keçirilib
ANA SƏHİFƏ / CƏMİYYƏT
00:39 06.09.2019


Sentyabrın 4-də Biləsuvar rayonunda Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Biləsuvar Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Qloballaşma və milli kimlik” mövzusunda seminar-treninq keçirilib.

Tədbirdə fondun şöbə müdiri Hatəm Gülməmmədov, Biləsuvar Rayon İcra Hakimiyyəti (RİH) başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Kamil Qurbanlı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Taleh Nuriyev, AMEA-nın Fəlsəfə İnstitutunda Davamlı inkişafın fəlsəfəsi şöbəsinin müdiri Sakit Hüseynov, ziyalılar, müəllimlər, gənclər və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Biləsuvar RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Kamil Qurbanlı bildirib ki, qloballaşma suveren dövlətlər arasındakı sədləri götürərək, daxili sosial münasibətlərin formasını dəyişir, dünyanı vahid mərkəzə çevirir, insanı isə öz ölkəsinin vətəndaşı olmaqdan daha çox dünya vətəndaşı olmağa çağırır. Belə bir şəraitdə milli ideologiyanın, kimliyin, özünüdərkin, mənəvi-əxlaqi dəyərlərin qorunması və inkişafı çətinləşir. Keçirilən bu kimi tədbirlərin də əsas məqsədi maarifləndirmə işinin gücləndirilməsi və yarana biləcək problemlərin qarşısının alınmasına töhfə verməkdir.

Fondun şöbə müdiri Hatəm Gülməmmədov qeyd edib ki, qloballaşma ümumbəşəri dəyərlərlə yanaşı, milli kimliyi müəyyən edən milli-mənəvi dəyərlərə sirayət etdikdə "mühafizəkar, yoxsa müasir olmaq” sualı yaranır və bu ikisi arasında seçim etmək məsələsi ortaya çıxır. Cavab isə çox sadədir. Millətin milli varlığını müəyyən edən, keçmişindən indiyə və gələcəyə, onun tərəqqisinə xidmət edən dəyərlər, meyarlar qorunub saxlanmalı, milli şüur prizmasından keçərək, müasirliklə uzlaşdırılmalıdır.

AMEA-nın Fəlsəfə İnstitutunda Davamlı inkişafın fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor Sakit Hüseynov vurğulayıb ki, müasir bəşəriyyətin inkişafını xalqlararası mədəni mübadiləsiz təsəvvür etmək çətindir. Mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi ilə yanaşı milli kimliyin qorunması kimi problemlər qloballaşma və inteqrasiya proseslərinin mühüm tərkib hissəsini təşkil edir. Bu gün gənclərimiz dünyanın bir çox ölkələrində təhsil alır və bu, çox sevindirici haldır. Lakin bu milli kimliyin itirilməsi inkişafa mənfi təsir göstərən yad təsirlərin cəmiyyətimizə inteqrasiyası ilə nəticələnməməlidir.

Seminar-treninqin yekununda iştirakçılarla geniş fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.

Sentyabrın 5-də isə Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Neftçala rayonunda "Müasir cəmiyyətdə gənclər və mənəviyyat” mövzusunda seminar-müşavirə keçirilib.

Tədbirdə fondun şöbə müdiri Hatəm Gülməmmədov, Neftçala Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Vasif Əliyev, AMEA-nın Fəlsəfə İnstitutunda Davamlı inkişafın fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor Sakit Hüseynov, Neftçala rayonu Heydər Əliyev Mərkəzinin direktoru Könül Məmmədova, ziyalılar, gənclər, müəllimlər iştirak ediblər.

Seminarı giriş sözü ilə açan Neftçala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Vasif Əliyev qonaqları salamlayaraq müasir dövrümüzdə gənclərin mənəvi inkişafının vacibliyinə toxunub. Bildirib ki, bugünkü gənclik elmə, təhsilə yiyələnməli, eyni zamanda özünü mənəvi-əxlaqi cəhətdən inkişaf etdirməlidir.

Seminarda çıxış edən fondun şöbə müdiri Hatəm Gülməmmədov qeyd edib ki, gənclərimiz ölkəmizin beynəlxalq aləmdə tanıdılması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün potensial qüvvədir. Buna görə də gənclər tariximizi, mədəniyyətimizi yaxşı bilməli, xarici dil biliklərinə yiyələnməli və vətənpərvər ruhda tərbiyə olunmalıdırlar.

AMEA-nın Fəlsəfə İnstitutunda Davamlı inkişafın fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor Sakit Hüseynov vurğulayıb ki, mənəviyyat insanda olan ən dəyərli keyfiyyətlərin cəmidir. İnsanın münasibətlərində, davranışlarında nəticə olaraq onun mənəviyyatı təzahür edir. Professor S.Hüseynov qeyd edib ki, gənc nəslin mənəvi tərbiyəsində önəmli rol oynayan təhsil faktoru, eyni zamanda, milli-mənəvi dəyərlərin təbliğində də önəmli rola malikdir. Müasir gənclik milli-mənəvi dəyərlərə özünün təhsili qədər önəm verməli, bu dəyərlərin təbliğatçısı rolunda çıxış etmək hazırlığına malik olmalıdır.

Seminar-müşavirənin yekununda iştirakçılarla geniş fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.

Xəyalə MURADLI,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM