06 Sentyabr 2019 00:34
601
İQTİSADİYYAT
A- A+

Maaşların artımı gənclərə stimul verir


Məlum olduğu kimi, dövlət başçısının müvafiq sərəncamları ilə dövlət qulluqçularının, o cümlədən Gənclər və İdman Nazirliyi sistemində çalışanların əməkhaqları 50 faiz artırılmışdır.

Sentyabrın 1-dən qüvvəyə minən sözügedən sərəncam biz gəncləri də ruhlandırır, məsuliyyətimizi daha da artırır. Energetiklər şəhəri kimi tanınan Mingəçevir həm də gənclər şəhəridir. Dövlət strukturlarında, emal və sənaye müəssisələrində çalışanların əksəriyyəti gənclərdir. Onlar Mingəçevirin abadlaşdırılması və yenidən qurulmasında ön sıralarda addımlayırlar. Qayğıdan güc alan nur şəhərinin sakinləri bundan sonra da doğma yurdun hər qarışını cənnətə döndərmək uğrunda mübarizədə qüvvə və bacarıqlarını əsirgəməyəcəklər.

Anar ŞAHBAZOV,

Mingəçevir Şəhər Gənclər və İdman İdarəsinin rəis müavini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video