06 Sentyabr 2019 00:32
620
İQTİSADİYYAT
A- A+

Azərbaycan və Koreyanın statistika qurumları arasında əməkdaşlıq genişlənir


Dövlət Statistika Komitəsinin bir qrup əməkdaşı Koreya Statistika Komitəsi ilə imzalanmış "Azərbaycan Respublikasında Statistik Kadr Potensialının Gücləndirilməsi” layihəsi çərçivəsində Koreyaya səfər ediblər. Səfər zamanı iki ölkənin statistika qurumları arasında əməkdaşlıq məsələləri, sözügedən layihənin icrası ilə bağlı görülmüş işlər, ötən dövr ərzində əldə olunmuş nailiyyətlər müzakirə olunub, statistika və siyasət, milli statistika sistemi, statistik istehsal prosesinin təşkili və keyfiyyətin idarə edilməsi sahələrində Koreya təcrübəsi haqqında məlumat verilib.

Dövlət Statistika Komitəsinin nümayəndələri ilə görüşən Koreya Statistika Komitəsinin sədri Shin-Wook Kang qeyd edib ki, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Koreya Statistika Komitəsi arasında 2018-ci ildə imzalanmış layihənin uğurla icra olunmasını, həmçinin layihə çərçivəsində "Azərbaycanın Statistik İnformasiya Xidməti - ASİS” statistik məlumatların yayım sisteminin istifadəyə verilməsini yüksək qiymətləndirir və qeyd olunanlar iki qurum arasında qurulmuş əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı zəmin yaratmışdır. Bildirib ki, əvvəlki təcrübə və layihənin icrası nəticəsində əldə olunmuş nailiyyətlər nəzərə alınmaqla cari ilin iyun ayında Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə imzalanmış hazırkı Anlaşma Memorandumu Azərbaycanda statistik kadr potensialının gücləndirilməsi məqsədini daşıyır. Bu layihənin də uğurla başa çatdırılması üçün Anlaşma Memorandumunun texniki şərtlərində nəzərdə tutulan tədbirlərin qrafik üzrə vaxtında icra olunduğunu diqqətə çatdıran Shin-Wook Kang sosial-iqtisadi statistika və informasiya texnologiyaları mövzusunda təlimlərin təşkili, eləcə də statistik təlim modullarının hazırlanması istiqamətində görülmüş işləri qeyd edib. Bununla yanaşı, o, Koreya Statistika Komitəsinin Dövlət Statistika Komitəsi ilə gələcəkdə də əməkdaşlıq etməkdə maraqlı olduğunu ifadə edib və vurğulayıb ki, bu əməkdaşlıq statistika ilə yanaşı, Koreya və Azərbaycan xalqı arasında dostluq əlaqələrinin inkişafına töhfə verəcək.

Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov rəsmi statistika sahəsində son illər Azərbaycanda həyata keçirilən islahatlar barədə ətraflı məlumat verib. Bildirib ki, qabaqcıl dünya ölkələrində tətbiq edilən innovativ yanaşmaların və ən yeni standartların öyrənilərək onların ölkənin statistika sisteminə inteqrasiyası məqsədilə Dövlət Statistika Komitəsi beynəlxalq təşkilatlar və inkişaf etmiş ölkələrin statistika qurumları ilə fəal əməkdaşlıq edir. Bu baxımdan statistik məlumatların istehsalı, xüsusilə məlumatların yayımı prosesində daha üstün təcrübəyə malik Koreya Statistika Komitəsi ilə əməkdaşlıq Dövlət Statistika Komitəsi üçün yeni imkanlar yaratmışdır.

Y.Yusifov qeyd edib ki, rəsmi statistika sistemində vahid platforma üzərində metaməlumatlarla müşayiət olunan məlumat bazalarının yaradılması, onların müasir yayım standartlarına uyğun istifadəçilərə təqdim olunması məqsədilə Koreya Statistika Komitəsinin dəstəyi ilə Azərbaycanda ASİS-in yaradılaraq istifadəyə verilməsi mühüm əhəmiyyətə malikdir. O, bu il layihə üzrə də nəzərdə tutulan tədbirlərin, o cümlədən Dövlət Statistika Komitəsində təlim otağının yaradılmasının, statistik təlim modullarının hazırlanmasının, 30-dan çox komitə əməkdaşına Koreyada təlimlərin keçirilməsinin Azərbaycanda statistik kadr potensialının gücləndirilməsinə müsbət təsir göstərəcəyini diqqətə çatdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video