Alternative content

03:41 22 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:47 22.09.2019 Dahidən danışan tarix
00:36 22.09.2019 “Təbii aspirin”
00:36 22.09.2019 Ədviyyatlı məlhəm
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşü keçiriləcək
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşü keçiriləcək
ANA SƏHİFƏ / SİYASƏT
00:23 06.09.2019


Oktyabr ayının 14-15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşü keçiriləcək. Zirvə görüşü çərçivəsində Bakıda türkdilli dövlətlərin sahibkarlarının beynəlxalq biznes forumunun da təşkil olunması nəzərdə tutulmuşdur.

Bununla bağlı Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevin Bakı şəhərinə səfəri çərçivəsində onunla görüşmüşdür.

Görüşdə B.Amreyev Azərbaycanın Astanada ticarət evi açmasını böyük rəğbətlə qarşıladığını bildirərək, qarşıdakı sammitin mühüm hadisələrlə yadda qalacağına toxunub. Onun sözlərinə görə, bu tədbirdə Macarıstan hökumət nümayəndələri, o cümlədən Macarıstan Ticarət və Sənaye Palatası iştirak edəcəkdir. Eyni zamanda Özbəkistan və Türkmənistanla yanaşı, Macarıstan da müşahidəçi qismində təmsil olunacaqdır.

Oktyabrın 5-də Özbəkistanın paytaxtı Daşkənd şəhərində beynəlxalq biznes forumunun keçiriləcəyini vurğulayan Bağdad Amreyev konfederasiya üzvlərinin bu forumda geniş sahibkar heyətilə təmsil olunmasının məqsədəuyğunluğunu qeyd edib.

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Daşkənddə keçiriləcək biznes forumuyla bağlı konfederasiyanın dəstək verəcəyini vurğulayıb. Məmməd Musayev həmçinin Bakı forumunun yüksək səviyyədə keçirilməsi üçün bütün imkanların səfərbər olunacağını və sahibkarların qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması üçün şərait yaradılacağını bildirib.

Görüş əsnasında türkdilli dövlətlərin sahibkarları arasında öz fəallığı ilə seçilən iş adamlarının xüsusi olaraq mükafatlandırılacağı qeyd edilib. Belə ki, öz ölkəsindən əlavə daha iki türkdilli dövlətdə biznes quran, işgüzarlığı ilə seçilən şirkətlər bu mükafata layiq görüləcəklər.

Qeyd edək ki, oktyabrın 14-15 tarixlərində Bakıda keçiriləcək sammit və biznes forumu "Türkdilli dövlətlərdə kiçik və orta sahibkarlığın inkişafı”na həsr olunacaq.

Məlumat üçün qeyd edək ki, ölkəmizin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrlə ticarət dövriyyəsi 2018-ci ildə 29 faiz, bu ilin yanvar-iyul ayları ərzində isə 32 faiz artmışdır.

Xatırladaq ki, 17 may 2019-cu il tarixdə Qazaxıstan Respublikasının Nur-Sultan şəhərində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin ticarət sənaye palatalarının iştirakı ilə Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatası təsis edilmişdir.

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM