Alternative content

03:59 22 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:47 22.09.2019 Dahidən danışan tarix
00:36 22.09.2019 “Təbii aspirin”
00:36 22.09.2019 Ədviyyatlı məlhəm
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Naxçıvan şəhərindəki məscid kompleksinin inşası davam etdirilir
Naxçıvan şəhərindəki məscid kompleksinin inşası davam etdirilir
ANA SƏHİFƏ / SİYASƏT
21:12 05.09.2019

Naxçıvanın qədim dövlətçilik tarixi, zəngin mədəniyyəti və müasir inkişaf səviyyəsi İslam dəyərlərinə münasibətdə də özünü göstərir. Bu gün muxtar respublikanın inkişafında milli və mənəvi dəyərlərimizə qayıdış xüsusi yer tutur. Yeni məscidlər tikilir, dini-tarixi abidələr və ziyarətgahlar bərpa edilir. Hazırda Naxçıvan şəhərində yeni məscid kompleksinin inşası da bu sahədə görülən işlərin tərkib hissəsidir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sentyabrın 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məscid kompleksində aparılan inşaat işləri ilə tanış olub.

Məlumat verilib ki, 6400 kvadratmetr sahədə inşa olunan kompleksdə məscidlə yanaşı, Naxçıvan Muxtar Respublikası Qazisi yanında Şura üçün inzibati bina və mərasim evi yerləşəcəkdir. Məscid binasının fasadında və daxilində işlər milli nəqqaşlıq elementləri və dini rəmzlər əsas götürülərək aparılır. İslam dəyərlərinə və Naxçıvan memarlıq üslubuna uyğun tərtibat verilir, pəncərələr şəbəkə formasında yığılır. Havalandırma, işıqlandırma və istilik sistemləri ilə təchiz olunacaq məscidin 40 metrlik iki minarəsində və 12 metrlik 15 günbəzində də son tamamlama işləri görülür. Məsciddə qadın və kişilər üçün ayrıca ibadət zalları, mədrəsə, həyətdə isə dəstəmaz yerləri istifadəyə veriləcəkdir.

Ali Məclisin Sədri məscidin daxilində və fasadında işlərin keyfiyyətlə aparılması, xüsusilə mühəndis-texniki tələblərə əməl olunması barədə tapşırıqlar verib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM