Alternative content

03:42 22 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:47 22.09.2019 Dahidən danışan tarix
00:36 22.09.2019 “Təbii aspirin”
00:36 22.09.2019 Ədviyyatlı məlhəm
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Baş Nazir Novruz Məmmədov Yaponiyanın Xarici İşlər Nazirinin müavini ilə görüşüb
Baş Nazir Novruz Məmmədov Yaponiyanın Xarici İşlər Nazirinin müavini ilə görüşüb
ANA SƏHİFƏ / SİYASƏT
17:41 05.09.2019

Sentyabrın 5-də Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov Yaponiyanın Xarici İşlər Nazirinin müavini Kenji Yamadanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Baş Nazir Novruz Məmmədov Azərbaycan ilə Yaponiya arasında əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib. Xatırladıb ki, iki gün sonra - sentyabrın 7-də iki ölkə arasında diplomatik münasibətlərin yaranmasının 27 ili tamam olacaq. Bunu əlamətdar hadisə adlandıran Baş Nazir, Azərbaycanın müstəqilliyinin bərpasından sonra iki ölkə arasında münasibətlərin sürətlə inkişaf etdiyini bildirib.

Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Yaponiyaya rəsmi səfərlərini xatırladan Novruz Məmmədov yüksək səviyyəli qarşılıqlı səfərlərin münasibətlərimizin inkişafında əhəmiyyətini xüsusi vurğulayıb.

Yaponiyanın Xarici İşlər Nazirinin müavini Kenji Yamadanın Azərbaycan Respublikasının Prezidentinin iştirak etdiyi "Şimal-2” Elektrik Stansiyasının istismara verilməsi mərasiminə qatılması da iki ölkənin əlaqələri üçün tarixi əhəmiyyət daşıyır. Baş Nazir Novruz Məmmədov dövlətimizin başçısı İlham Əliyevin "Şimal-2” Elektrik Stansiyasının kollektivi ilə görüşündəki çıxışını xatırladaraq bildirib ki, bu stansiyanın qurulması Yaponiya-Azərbaycan əməkdaşlığının təzahürüdür. Novruz Məmmədov Azərbaycan ilə Yaponiya arasında energetika, iqtisadiyyat, sərmayə qoyuluşu, səhiyyə, ətraf mühitin mühafizəsi və digər sahələrdə əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edərək, digər istiqamətlərdə də əlaqələrin inkişafı üçün böyük potensialın mövcudluğunu diqqətə çatdırıb.

Görüşdə qeyd olunub ki, Azərbaycanın Yaponiya ilə münasibətlərində iqtisadi əməkdaşlıq prioritet istiqamətlərdəndir. Yaponiya şirkətlərinin Azərbaycan iqtisadiyyatında təmsil olunmasının ikitərəfli münasibətlərin inkişafı üçün böyük əhəmiyyət daşıdığı vurğulanaraq, Azərbaycanda yaradılan əlverişli investisiya mühiti haqqında qonağa ətraflı məlumat verilib.

Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edən Yaponiyanın Xarici İşlər Nazirinin müavini Kenji Yamada səmimi qəbula görə minnətdarlığını ifadə edib. Kenji Yamada xüsusi vurğulayıb ki, əlverişli geosiyasi mövqedə yerləşən, logistik mərkəzə çevrilən və enerji təhlükəsizliyi baxımından mühüm rol oynayan Azərbaycan regionda Yaponiyanın vacib tərəfdaşıdır.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM