05 Sentyabr 2019 17:40
533
DÜNYA
A- A+

Britaniya parlamenti Brexiti təxirə saldı


Böyük Britaniya parlamentinin İcmalar Palatası ölkənin Avropa İttifaqından (Aİ) çıxmasının təxirə salınması haqqında qanun layihəsini bəyənmişdir. Beləliklə, Baş Nazir Boris Consonun hökuməti oktyabrın 31-də Birləşmiş Krallığı Aİ-dən çıxara bilməyəcək.

"Röyter” agentliyi xəbər verir ki, parlamentarların 327-si Brexitin başqa vaxta keçirilməsinin lehinə, 299-u əleyhinə çıxmışdır. İndi qanun layihəsinə parlamentin yuxarı palatası – Lordlar Palatası baxacaq.

Conson qanun layihəsini tənqid edərək xatırlatmışdı ki, yaranmış mürəkkəb vəziyyətdə gələn ayın 15-də növbədənkənar seçkilər keçirmək lazım gələcək. Lakin İcmalar Palatası Baş Nazirin təklifini səsə qoyaraq rədd etmişdir. Təşəbbüsü qəbul etmək üçün minimum 434 səs tələb olunurdu, amma Consonu cəmi 298 parlamentar dəstəkləmişdir.

Baş Nazir səsvermədən sonra müxalifətin lideri Ceremi Korbinə seçkilər barədə bir daha düşünməyi təklif etmişdir. O bununla eyham etmişdir ki, hökumət təklifini təkrarən irəli sürmək niyyətindədir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video