Azərbaycanın nailiyyətlərindən qürur duyuruq
Qax rayonunun Əlibəyli kəndində yaşayıram. Milliyyətcə gürcüyəm. Amma doğulduğum, boya-başa çatdığım məkan Azərbaycandır. Azərbaycan mənim doğma vətənimdir. Həmişə bu vətənlə fəxr etmişəm və son nəfəsimədək bu, belə də olacaq.
Son dövrlər Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı göz önündədir. Baxmayaraq ki, fitnəkar erməni xəyanəti hər an duyulur. Şəhid veririk, lakin qurub-yaradırıq, varlığımızı dünyaya sübut edirik. Sevinirəm ki, belə bir güclü dövlətin vətəndaşıyam.
Ömrümün ahıl çağıdır. Uzun illər doğma kəndimdə müəllim işləmişəm. İndi pensiyaçıyam. Lakin ictimai həyatdan kənarda qala, biganə ola bilmirəm. Azərbaycanın sürətli inkişafını doğma kəndimizin timsalında da aydın görmək qəlbimi qürurla doldurur. Belə ki, son 15 ildə kəndimizin siması başdan-başa dəyişib. Burada yeni xəstəxana binası tikilib. Müasir tibbi avadanlıqla təchiz olunan xəstəxanaya təcili yardım maşını da verilib. Kəndin elektrik xətti başdan-başa kabel sisteminə keçib, evlərdə çoxdandır həsrətini çəkdiyimiz mavi qaz şölələnir.
Əhalinin içməli suya tələbatını ödəmək üçün bir neçə artezian quyusu qazılıb. Magistral yoldan kəndimizə qədər 5 kilometr məsafəyə yenidən asfalt döşənib.
Məktəbimizin binası olduqca yararsız vəziyyətdə idi. Bir qədər əvvəl bununla bağlı şad xəbər eşitdik. Bildik ki, kənd məktəbi üçün yeni bina tikiləcək. Artıq binanın tikintisində xeyli iş görülüb. Çox güman ki, balalarımız yeni dərs ilinə müasir və abad məktəb binasında başlayacaqlar.
Kəndimizdə eləcə də Mədəniyyət evi və Dövlət Gürcü Dram Teatrı fəaliyyət göstərir. Dövlətimizin mədəniyyət sahəsinə göstərdiyi qayğıdan bizim teatr da bəhrələnib.
Bütün bunlar məni ürəkdən sevindirir. Dediklərimin hamısına görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq hisslərimin həddi-hüdudu yoxdur. Bir də onu demək istəyirəm ki, bütün Azərbaycan xalqı kimi, burada yaşayan gürcülər də dövlətimizin siyasətini dəstəkləyir.
Merab DEKONİDZE,
Qax rayonunun Əlibəyli kənd sakini
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Türkiyə ilə ABŞ arasında müzakirə olacaq - MÖVZU
29 Mart
Kainat sirlərini açacaq texnoloji yenilik
29 Mart
“Opel Astra”nın hibrid variantı təqdim olunub
29 Mart
Harvard Universiteti qədim kitabın cildindən insan dərisini çıxarıb
29 Mart
XƏBƏRDARLIQ: Hava şəraiti dəyişəcək, külək, yağış, qar, daşqın və sel gözlənilir
29 Mart
Rəcəb Tayyib Ərdoğan may ayında Vaşinqtona səfər edəcək
29 Mart
Energetika naziri Qazaxda vətəndaşlarla görüşüb
29 Mart
Türkiyədə bələdiyyə seçkilərinə hazırlıq başa çatıb
29 Mart
“2026-cı ilə qədər 6000 keçmiş məcburi köçkünün peşə təliminə cəlb olunması nəzərdə tutulub” - AÇIQL...
29 Mart
"Aqroservis" ASC-nin sədr müavini Zaqatalada vətəndaşları qəbul edib, təsərrüfatlarla tanış olub...
29 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!