22 Avqust 2019 16:13
503
İQTİSADİYYAT
A- A+

Əli Əhmədov: Hökumət süni qiymət artımına yol verilməməsi üçün lazımi tədbirlər görür

Azərbaycan hökuməti süni qiymət artımına yol verilməməsini daim diqqət mərkəzində saxlayır, bu məqsədlə lazımı tədbirlər görülür.

AZƏRTAC xəbər verir ki, bu fikirləri avqustun 22-də Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov mətbuat nümayəndələrinin iştirakı ilə ərzaq məhsullarının satışı ilə məşğul olan bir neçə ticarət mərkəzində aparılan reyd zamanı deyib.

Kənd təsərrüfatı məhsullarının keyfiyyəti, qiyməti və əhaliyə göstərilən xidmətin səviyyəsi ilə maraqlanan Əli Əhmədov bildirib ki, Azərbaycan Prezidentinin və hökumətinin apardığı siyasətin əsas məqsədi ölkədə daxili istehsalın inkişaf etdrilməsi, xüsusilə kənd təsərrüfatı məhsullarının istehsalının artmasıdır.

Baş nazirin müavini qeyd edib ki, son illər Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi əhəmiyyətli dərəcədə artıb. Beləliklə də əhalinin ərzaq təhlükəsizliyi problemi demək olar ki, həllni tapıb. Hazırda ölkə vətəndaşlarının əzaq və qidaya olan tələbatının əksər hissəsi yerli istehsal hesabına ödənilir.

Aqrar sektorda böyük irəliləyiş olduğunu vurğulayan Əli Əhmədov ölkədə məhsul bolluğunun təmin edildiyini, eyni zamanda, istehsal edilən məhsulların bir hissəsinin xaricə ixrac olunduğunu söyləyib. Diqqətə çatdırıb ki, Azərbaycanın ixrac potensialının formalaşmasında və inkişaf etdirilməsində çox böyük rol oynayan sahələrdən biri də kənd təsərrüfatıdır. Bu sahənin inkişafı fermerlərin məşğullunun artırılması ilə ilə yanaşı, ölkənin ərzağa olan ehtiyacını daha dolğun ödəməyə imkan yaradacaq. Digər məqsəd isə Azərbaycan vətəndaşının ərzaq qıtlığından əziyyət çəkməməsidir.

Vurğulanıb ki, Azərbaycan hökuməti dövlətimizin başçısı İlham Əliyevin tapşırığı ilə bu istiqamətdə lazım olan bütün zəruri tədbirləri görür. Belə ki, müəyyən yerlərdə satış yerləri, logistik mərkəzlər və ticarət mərkəzləri yaradılıb. "Burada xidmətlərin səviyyəsi və keyfiyyəti bir-birindən fərqlənir. Bütün bunların hamısı müsbət haldır. Eyni zamanda, bizi maraqlandıran əsas məsələ ondan ibarətdir ki, Azərbaycanda məhsul bolluğu əsasında məhsulun qiymətinin mümkün qədər aşağı salınması təmin edilisin. Biz istəyirik ki, "tarladan-süfrəyə” zəncirində iştirak edən hər iki tərəf – fermer də, istehlakçı da məmnun qalsın. Fermerlər istehsal etdikləri məhsulları müvafiq bir qiymətə sata bilsinlər ki, ailə büdcələrini formalaşdırsınlar, digər tərəfdən isə istehlakçı üçün də məhsulun qiyməti əlverişl olmalıdır”, - deyə Baş nazirin müavini qeyd edib.

Reyd zamanı üç müxtəlif ticarət mərkəzində olduqlarını, məhsulların qiymətlərinin və xidmətlərin bir-birindən fəqrləndiyini bildirən Əli Əhmədov əhalinin müxtəlif təbəqələrinin ehtiyaclarının ödənilməsi üçün müxtəlif səviyyəli xidmətlər və məhsulların təklif edildiyini, eləcə də yüksək qiyməti olan məhsullara rast gəlindiyini deyib: "Biz məhsulların qiymətində müşahidə etdiyimiz fərq barədə də düşünməliyik. Xüsusilə bazardakı məhsullarla yarmarkadakı məhsulların qiyməti arasında çox böyük fərq nəzərə çarpır. Hökumət bunun üzərində ciddi şəkildə düşünməlidir. Biz qiymət artımının qarşısını bolluq yaratmaq yolu ilə almalıyıq. Kimsə qiyməti süni şəkildə artırmağa çalışarsa, Hökumət iqtisadi tədbirlər görməlidir. Ən təsirli tədbirlərdən biri o ola bilər ki, satış mərkəzlərinin və vasitəçi mərkəzlərin sayı artırılsın. İnsanlara xidmət göstərən satış mərkəzləri, habelə fermerdən məhsulu alıb bu mərkəzlərə çatdıran vasitəçilərin sayı nə qədər çox olarsa, qiymət də lazımınca tənzimlənər”.

Əli Əhmədov diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti süni qiymət artımına yol verilməməsinə çox ciddi nəzarət edir. Hökumət də bu məsələni daim diqqət mərkəzində saxlayır. Çalışmalıyıq ki, vətəndaş məhsulun keyfiyyətindən, xidmətdən və qiymətindən məmnun qalsın.

Əsas məsələlərdən birinin də ictimai nəzarətin təmin edilməsi olduğunu deyən Baş nazirin müavini bunun ən etibarlı vasitələrindən birinin də mətbuat olduğunu vurğulayıb. KİV-in bu işdə fəal olmasını və Hökumətə dəstək göstərməsini tövsiyə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video