22 Avqust 2019 12:42
472
CƏMİYYƏT
A- A+

“Kənddən Şəhərə” yarmarkası davam edir


Azərbayan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Aqrar Tədarük və Təchizat ASC-nin həyata keçirdiyi "Kənddən Şəhərə” satış yarmarkası davam edir.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, vətəndaşların və fermerlərin çoxsaylı müraciətlərini nəzərə alaraq Yasamal rayonu, H.Cavid prospekti ilə S.Dağlı küçəsinin kəsişməsində (225 saylı məktəbin qarşısı) yerləşən yarmarka avqustun 25-dək gündəlik olaraq fəaliyyət göstərəcək.

Vətəndaşlar mövsümi kənd təsərrüfatı məhsullarını birbaşa yarmarkada iştirak edən fermerlərdən ala bilərlər. Respublikanın 15 müxtəlif rayonundan gəlmiş 50-yə yaxın fermerin yetişdirdiyi məhsulların qiyməti də bazar qiymətləri ilə müqayisədə xeyli aşağıdır.

Yarmarkanın keçirilməsində əsas məqsəd bazarlarda məhsul bolluğu yaratmaq, süni qiymət artımının qarşısını almaq, həmçinin fermerlərin satış imkanlarını artırmaqdan ibarətdir.

Fermerlər xüsusi piştaxtalar, tərəzilər və geyimlərlə təmin edilib, məhsulların qida təhlükəsizliyi standartlarına uyğunluğu yoxlanılır. Fermerlərin yarmarkada iştirakı tam ödənişsiz qaydada həyata keçirilir.

Məlumat üçün bildirək ki, Binəqədi rayonu, S.S.Axundov küçəsi 5B ünvanında (İnqilab kinoteatrının yanı) keçirilən yarmarka isə şənbə və bazar günləri fəaliyyət göstərir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video