22 Avqust 2019 00:18
874
Təhsil
A- A+

Macarıstan, Çin və Latviyada təhsil almaq hüququ qazanmış tələbələrlə görüş


Avqustun 21-də Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində 2019-2020-ci tədris ilində Macarıstan, Çin və Latviyada təhsil almaq hüququ qazanmış tələbələrin bir qrupu ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə Təhsil nazirinin müavini Firudin Qurbanov ölkəmizdə təhsilə xüsusi diqqət göstərildiyini bildirib, bu sahənin inkişafı üçün həyata keçirilən tədbirlərdən danışıb.

HTP çərçivəsində təhsil almaq üçün müraciət edənlərin sayının ildən-ilə artdığını vurğulayan nazir müavini qeyd edib ki, 2019-2020-ci tədris ili üçün keçirilən müsabiqədə seçim yüksək rəqabətlilik şəraitində reallaşıb. Azərbaycan gənclərinin xaricdə təhsil almasının əhəmiyyətinə toxunan F.Qurbanov onların ölkəmizin dinamik inkişaf prosesinə töhfə verəcəklərinə əminliyini bildirib.

Azərbaycanın xaricdə təhsil ənənələri barədə məlumat verən nazir müavini ölkəmizdə dövlət gənclər siyasətinin formalaşdırılmasının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu, hazırda bunun Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi uğurla davam etdirildiyini söyləyib.

Nazir müavini ötən əsrin 70-80-ci illərindən azərbaycanlı gənclərin ölkə hüdudlarından kənarda nüfuzlu ali məktəblərdə oxumağa göndərildiyini, müstəqillik illərində xaricdə həm Hökumətlərarası Təqaüd Proqramları, həm də "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil alan gənclərə xüsusi diqqət göstərildiyini qeyd edib.

Çıxışının sonunda Firudin Qurbanov tələbələri təbrik edərək onlara tövsiyələrini verib, təhsillərində uğurlar arzulayıb. Bildirilib ki, 2019-2020-ci tədris ili üzrə Macarıstanda 177, Latviyada 13, Çində isə 30 nəfər təhsil alacaq.

Sonda tələbələri maraqlandıran suallarla bağlı geniş fikir mübadiləsi aparılıb.

Macarıstan, Çin və Latviya hökumətləri tərəfindən namizədliyi təsdiq olunan tələbələr təhsilini sözügedən ölkələrin aparıcı ali təhsil müəssisələrində, bakalavriat, baza ali tibb təhsili, magistratura və fəlsəfə doktoru səviyyələrində davam etdirəcəklər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video