Alternative content

10:36 16 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
04:41 15.09.2019 Zəfər günü
04:32 15.09.2019 Bir sinfin qalibləri
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Rusiya G7-yə qoşulur
Rusiya G7-yə qoşulur
ANA SƏHİFƏ / DÜNYA
00:11 22.08.2019


ABŞ və Fransa "Böyük səkkizlər” formatının bərpasına tərəfdardır


ABŞ Prezidenti Donald Trampın yeni bəyanatı dərhal dünya ictimaiyyətinin diqqət mərkəzinə düşmüşdür. Ağ evin başçısı bildirmişdir ki, Rusiyanın iştirakı ilə G8 ("Böyük səkkizlər”) formatına qayıdış məqsədəuyğundur. Trampın fikrincə, "Rusiya G8-də olsaydı, bu, daha məqsədəuyğun olardı, çünki toxunduğumuz bir çox məsələlər Rusiya ilə bağlıdır”. ABŞ Prezidenti əlavə etmişdir ki, kimsə belə bir təkliflə çıxış etsə, o, buna müsbət yanaşardı.

Tramp vaxtilə Rusiyanın G8-dən xaric olunmasında Prezident Barak Obamanı günahlandırmışdır. Onun fikrincə, Obama Rusiya Prezidenti Vladimir Putinə uduzduğuna görə Moskvanın G8-dən uzaqlaşdırılmasında israr etmişdir.

CNN telekanalı ABŞ Prezidentinin administrasiyasındakı mənbəyə istinadən xəbər verir ki, G8 formatını bərpa etmək ideyası Trampa yox, Fransa Prezidenti Emmanuel Makrona məxsusdur. Telekanalın məlumatına görə, ABŞ və Fransa liderləri srağagün apardıqları telefon danışığında belə bir ortaq fikrə gəlmişlər ki, Rusiyanın 2020-ci ildə G7 sammitində iştirakı məqsədəuyğun olardı. CNN qeyd edir ki, Tramp G8 formatına qayıtmaq təşəbbüsünü "Böyük yeddilər”in avqustun 24-26-da Fransanın Biarrits şəhərində keçiriləcək zirvə görüşündə müzakirə etmək niyyətindədir.

G8 formatının bərpası həmişə Rusiyada rəğbətlə qarşılanır. Hələ ötən ilin iyununda bu məsələ G7 sammitində müzakirə edilmişdi. ABŞ Prezidenti Donald Tramp qeyd etmişdi ki, G8 platforması G7-dən daha məzmunludur. Rusiya Prezidenti Vladimir Putin də "Böyük səkkizlər”in yenidən bir araya gəlməsi imkanından məmnunluğunu ifadə etmişdi. Lakin o vaxt İtaliyadan başqa beynəlxalq klubun heç bir üzvü Trampın təklifini dəstəkləməmişdi.

Rusiya lideri ABŞ Prezidentinin G8-i bərpa etmək təşəbbüsünü bu günlərdə bir daha təqdir etmişdir. O bəyan etmişdir ki, Moskva G8 formatında iştirakdan heç vaxt imtina etməmişdir. Putin qeyd etmişdir ki, G8 hazırda mövcud deyil: "Mən mövcud olmayan təşkilata qayıda bilərəm. Bu gün o, "Böyük yeddilər”dir. Səkkiz dövlət çərçivəsində mümkün formata gəlincə, biz ondan heç vaxt imtina etmirik. Vaxtilə Rusiyanın G8-i keçirmək növbəsi çatmışdı, amma tərəfdaşlarımız gəlməmişdilər. Biz istənilən vaxt tərəfdaşlarımızı "Böyük səkkizlər” çərçivəsində qəbul etməyə hazırıq”.

Eyni zamanda Putin vurğulamışdır ki, beynəlxalq məsələlərdə əhəmiyyətli rol oynayan G20 kimi digər beynəlxalq təşkilatlar da var. O xatırlatmışdır ki, bu gün Çin Xalq Respublikası, Hindistan və bir çox başqa güclü iqtisadi oyunçular G20-də təmsil olunur, özü də həmin 20 ölkə dünya iqtisadiyyatının 90 faizi deməkdir: "Belə tamformatlı müstəvilər nəzərəçarpacaq rol oynayır. Biz həmçinin Şanxay Əməkdaşlıq Təşkilatı, BRİKS kimi bəzi regional təşkilatlarda fəal işləyirik. Bir daha təkrar edirəm: ümumiyyətlə, tərəfdaşlarımızla istənilən formatda təmas həmişə faydalıdır. Biz heç nəyi istisna etmirik”.

Hadisələrin gedişi göstərir ki, bu dəfə G8-in bərpası real görünür. G7 üzvlərinin hamısının təşəbbüsə münasibəti hələlik məlum olmasa da, ABŞ və Fransa kimi böyük aktorların mövqeyi nəzərə alınmaya bilməz. Odur ki, Rusiyanın iştirakı ilə G8 formatına qayıdışın reallaşmasını zaman məsələsi hesab etmək olar.

Müşahidəçilər G8-in bərpası və ABŞ-Rusiya münasibətlərini müəyyən dərəcədə yaxşılaşdırmaq fikri ilə əlaqədar Ağ ev başçısının atmaq istədiyi başqa bir addıma da diqqət yetirirlər. Tramp ABŞ-ın Rusiyadakı səfiri Con Hantsman bu il oktyabrın 3-də istefaya çıxdıqdan sonra bu vəzifəyə dövlət katibinin müavini Con Sallivanı təyin etmək niyyətindədir. Hantsman Rusiyaya münasibətdə sərt mövqeyi ilə seçilir. O, əvvəllər bəyan edirdi ki, Rusiya "bizim hərəkətlərimizi təhdid edəndə” Vaşinqton Moskvanı məsuliyyətə cəlb etməyə çalışmalıdır. Ekspertlər hesab edirlər ki, Sallivanın Rusiyada səfir vəzifəsinə təyin edilməsi Vaşinqtonun Rusiya ilə əlaqələri keyfiyyətcə yeni səviyyəyə yüksəltmək istəyindən xəbər verir. Doğrudur, gələcək səfir Rusiya üzrə mütəxəssis deyil, amma o, iyulun 17-18-də Cenevrədə strateji təhlükəsizlik üzrə Rusiya-ABŞ danışıqlarında Amerika nümayəndə heyətinə başçılıq etmişdir. Başqa sözlə, Sallivan ABŞ-ın Rusiya siyasətinə o qədər də yad deyil.

Rusiyanın iştirakı ilə G8 formatının bərpası, şübhəsiz, beynəlxalq siyasətə yeni ab-hava gətirəcək, eyni zamanda aparıcı dövlətlərin mürəkkəb problemlərin həllində ortaq məxrəcə gəlməsi üçün imkan yaradacaq.

Məlumat üçün qeyd edək ki, G7 iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin - ABŞ, Yaponiya, Almaniya, Böyük Britaniya, Fransa, Kanada və İtaliyanın daxil olduğu birlikdir. Klub "Böyük yeddilər” formatında 1976-cı ildən 1997-ci ilədək mövcud olmuşdur. Rusiya kluba qoşulduqdan sonra o, G8 adlanmışdır. 2007-ci ildə Rusiya Krımı ilhaq etdikdən, ABŞ və Avropanın Rusiya ilə münasibətlərində böhran yarandıqdan sonra G8 formatı mövcudluğuna son qoymuşdur. O vaxt G8-in sədri kimi Rusiya Soçidə "Böyük səkkizlər”in sammitini qəbul etməli idi. Amma dünyanın aparıcı dövlətlərinin liderləri sammitə qatılmaqdan imtina etdilər və bunun əvəzinə Brüsseldə G7 görüşü keçirildi.

Allahverdi MEHDİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM