21 Avqust 2019 16:19
478
CƏMİYYƏT
A- A+

İstanbulda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib


Avqustun 21-də İstanbulda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, qurumun əməkdaşları, Azərbaycan Bələdiyyə İşçiləri Həmkarlar İttifaqının sədri Məhərrəm Xəlilov, Azərbaycan Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səməd Allahverdiyev, Fövqəladə Hallar Nazirliyi İşçiləri Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, Azərbaycan Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin sədri Səfər İbrahimov və digərləri iştirak ediblər.

Tədbirdə "2019-cu ilin II yarım illiyi üçün İcraiyyə Komitəsinin və AHİK aparatının iş planı haqqında", "AHİK-in məclisinin tərkibində qismən dəyişiklik edilməsi barədə", "Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası arasında 2020-2022-ci illər üçün Baş Kollektiv Sazişin layihəsini hazırlayan AHİK-in işçi qrupu haqqında", "AHİK-in 2013-cü il 24 oktyabr tarixli (pr.#2 b.5) "Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Azərbaycan Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Təşkilatı ilə fəaliyyət planı haqqında” qərarın icrası barədə, həmçinin 2018-ci ildə işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması və istehsalat xəsarətlərinin qarşısının alınması üzrə AHİK-in üzv təşkilatlarında görülən işlər və digər məsələlər müzakirə olunub.

Sonra tədbir iştirakçılarının təmsil etdikləri qurumlar üzrə hesabatları dinlənilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video