21 Avqust 2019 15:04
490
DÜNYA
A- A+

Ermənistanda etirazların miqyası genişlənir

Ermənistanda etirazların miqyası genişlənir. İşğalçı ölkənin şərqində yerləşən Cermuxda sakinlər yolları bağlayıblar.

AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, Cermuxda etiraz aksiyası keçirən əhali parlament qarşısında polis tərəfindən saxlanılanların azadlığa buraxılmalarını tələb edib. Narazı kütlə bildirib ki, Ermənistanda mədən işlərinin fəaliyyəti ilə məşğul olan xarici şirkətlər ölkəni tərk etsinlər. Onların fikrincə, bu şirkətlərdə çalışanların hüquqları pozulur. Bundan başqa ərazidəki dağ-mədən ərazilərində aparılan iş zamanı partlayışların olması nəticəsində yaşayış sahələrində yeraltı təkanlar baş verir. Bunun nəticəsində əksər yaşayış yerlərində torpaq sürüşmələri qeydə alınıb.

Etirazçılar bildirib ki, dəfələrlə problemlə bağlı rayon icra hakimiyyətinin başçısı Vardan Ovanesyana şikayət olunsa da icra başçısı məsələnin həll olunması üçün onun heç bir səlahiyyətinin olmadığını qeyd edib.

Etirazçılar, eyni zamanda, məmur özbaşınalığından da narazılıq edirlər. Aksiya iştirakçıları ötən gün polisin parlament qarşısında etiraz edənlərə işgəncə verdiyini vurğulayırlar. Hətta onlar qadınlara belə vəhşilik etməkdən çəkinmirlər.

Etirazçılar bildirirlər ki, 1 il əvvəl vətəndaşlara müxtəlif vədlər verməklə hakimiyyətə gələn Nikol Paşinyan özü belə problemlərin öhdəsindən gəlməkdə acizdir. Ermənistan özünün ən ağır, acınacaqlı günlərini yaşayır. Aksiya iştirakçıları bəyan edir ki, hökumət səslənən tələbləri həll etməsə, daha kəskin etiraz aksiyaları ilə üzləşəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video