Alternative content

10:59 16 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
04:41 15.09.2019 Zəfər günü
04:32 15.09.2019 Bir sinfin qalibləri
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bölgələr tarazlı, davamlı inkişaf mərhələsindədir
Bölgələr tarazlı, davamlı inkişaf mərhələsindədir
ANA SƏHİFƏ / SİYASƏT
00:50 21.08.2019


Prezident İlham Əliyevin sosial-iqtisadi strategiyası əsasında reallaşan dövlət proqramları regionların simasını büsbütün dəyişib


2003-cü ildə Azərbaycanda keçirilən prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək "əgər Azərbaycan xalqı mənə etimad göstərərsə, ilk növbədə regionların problemləri ilə məşğul olacağam” vədini verən və sözünün arxasında duran cənab İlham Əliyevin bu müddət ərzində Prezident kimi regionların sosial-iqtisadi inkişafı ilə bağlı gördüyü işlər bölgələrin simasını büsbütün dəyişib.

Bölgələrin hərtərəfli inkişafı sahəsində 2004-cü ildən başlanılmış məqsədyönlü siyasətin və əvvəlki dövlət proqramlarının məntiqi davamı olan III Dövlət Proqramı ölkənin ardıcıl və dayanıqlı iqtisadi inkişafının təmin olunmasına, regionların uğurlu inkişafına əhəmiyyətli töhfəsini verdi. Sözün əsl mənasında, regionların simasını köklü surətdə dəyişdi. Regionların indiki vəziyyəti 16 il bundan əvvəlki vəziyyətindən, həqiqətən, fundamental dərəcədə fərqlənir.

Bütün bunlar təsdiq edir ki, Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafını xüsusi diqqət mərkəzində saxlayır. Prezidentin mütəmadi olaraq bölgələrə səfərləri, verdiyi tapşırıqların icrası ilə yerində maraqlanması, tövsiyə və göstərişləri, yerlərdə vətəndaşlarla səmimi görüşləri də bunun əyani sübutudur.

Dövlət başçısı tərəfindən həyata keçirilən siyasətin əsas məqsədi paytaxt Bakı ilə yanaşı bölgələrin də hərtərəfli inkişafının təmin edilməsidir. Bunun nəticəsidir ki, bölgələr tarazlı şəkildə inkişaf edir, yeni-yeni infrastrukturlar qurulur, asfalt yollar çəkilir, körpülər tikilir, ucqar kəndlər qazlaşdırılır, infrastruktur daha da yaxşılaşdırılır. Demək olar ki, kənd yerlərində mövcud olan köhnə yolların böyük hissəsi təmir olunub və yüksək standartlar səviyyəsinə qaldırılıb. Bütün bunlar da həm əhalinin rifahının yaxşılaşmasına, həm də iqtisadiyyatın dinamik inkişafına çox müsbət təsir göstərir.

Eləcə də regionlarda yeni müəssisələr - sənaye məhəllə parkları, zavod-fabriklər, aqroparklar yaradılır ki, bu da insanların işlə təminatında vacib rol oynayır. Təbii ki, bu amil əhalinin sosial rifah halının daha da yüksəlməsi ilə müşayiət olunur. Hazırda bu proses davam etməkdədir. Bir zamanlar iş dalınca paytaxta üz tutanlar indi rayona, kəndə geri qayıdırlar. Çünki yeni müəssisələrin sayı artdıqca iş yerləri də artır və işçi qüvvəsinə tələbat yaranır.

Ölkədə sosial həyatın daha da yaxşılaşmasında, bölgələrin simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında aparılan sistemli dövlət siyasətinin mühüm rolu var. İstehsal müəssisələrinin fəaliyyətinin bərpası və yeni sənaye obyektlərinin istifadəsi, o cümlədən bölgələrin yerli və ənənəvi istehsal gücündən yararlanmaq, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılması, sahibkarların fəaliyyətinin daha da stimullaşdırılması istiqamətində atılan addımlar, investorların regionlara cəlb olunması üçün əlverişli şəraitin olması və digər kompleks tədbirlərin görülməsi bu gün bölgələrin inkişafını daha da sürətləndirib.

İyulun 31-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən sosial-iqtisadi sahəyə aid müşavirədə dövlət başçısı bu məsələyə toxunarkən vurğulayıb ki, artıq ölkədə qazlaşdırmanın səviyyəsi 96 faizə yaxınlaşır. Nadir ölkələrdə bu qədər qazlaşdırma aparılır. Elektrik enerjisi ilə bağlı böyük generasiya gücləri yaradılıb və Azərbaycan bu baxımdan yenə də ön sıralardadır. Həm elektrik enerjisi ilə təchizat, qazlaşdırma, içməli su sahələrində, həm də suvarma layihələrinin icrası istiqamətində bir çox işlər görülüb və gözəl nəticələr var: "Biz öz enerji təhlükəsizliyimizi təmin edə bilmişik. Bu il mövcud stansiyalarda aparılan yenidənqurma işləri nəticəsində əlavə generasiya gücü əldə ediləcək. Bütün bölgələrimizdə içməli su layihələri icra edilir və bu il də bir neçə şəhərin içməli su problemi həll olunacaq. Buna da çox böyük diqqət göstərilir. Hər il təxminən 100 min hektar torpağın suvarılması ya yaxşılaşır, ya da suvarılmayan torpaqlara su çəkilir. Bu da çox önəmli məsələdir və bu məsələ ilə bağlı əlavə addımlar atılacaq”.

Onu da əlavə edək ki, dövlət başçısının tapşırığına uyğun olaraq regionlarda iş yerlərinin açılması və məşğulluğun təmin olunması istiqamətində kənd təsərrüfatı üçün də vacib olan aqroparkların və iri fermer təsərrüfatlarının yaradılması istiqamətində ciddi işlər aparılır. Regionlarda 51 aqroparkın yaradılması istiqamətində ciddi addımlar atılıb.

Artıq nəticələr də var. 22 aqropark faktiki fəaliyyətdədir, bu ilin sonuna qədər 11 aqroparkın fəaliyyətə başlaması gözlənilir. Bu layihələrin icrası nəticəsində ölkə iqtisadiyyatına 2,4 milyard manat əlavə investisiya qoyulacaq. Eyni zamanda, bu layihələrin icrası nəticəsində 4 mindən çox yeni iş yeri açılacaq.

Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının əsas məqsədlərindən biri də məhz sosial sahədə layihələrin həyata keçirilməsi idi. Bu sahədə də böyük həcmdə işlər görülüb. Belə ki, regionlarda 3 mindən çox məktəb yenidən tikilib və ya əsaslı şəkildə təmir olunub. İki ildir artıq yeni yanaşma da mövcuddur - modul tipli məktəblərin tikintisinə də başlanılıb. Bununla yanaşı, yeni xəstəxanalar, idman komplekslərinin inşası da davam etdirilir.

Göründüyü kimi, regionların inkişafını özündə ehtiva edən dövlət proqramlarının vaxtında və yüksək səviyyədə icra olunması Azərbaycanın ümumi iqtisadi gücünü artırmaqla yanaşı, istehsal müəssisələrinin fəaliyyətinin bərpasına, yeni istehsal müəssisələrinin yaradılmasına, regionların inkişafı üçün zəruri infrastrukturun qurulmasına, aqrar sektorda islahatların sürətləndirilməsinə yol açıb.

Hazırda regionların sosial-iqtisadi inkişafına dair IV dövlət proqramının icrası uğurla davam etdirilir. Prezident İlham Əliyev keçirdiyi son müşavirədə bu sənədi çox genişmiqyaslı proqram adlandırıb: "Bu ilin əvvəlində regionların sosial-iqtisadi inkişafı üzrə IV dövlət proqramı qəbul edilib. Bu, çox genişmiqyaslı proqramdır. Baxmayaraq ki, son illərdə infrastruktur layihələri ilə bağlı bir çox işlər görülmüşdür, bu günə qədər həllini tapmayan məsələlər də bu proqramın icrası nəticəsində öz həllini tapacaq”.

Nəzərdə tutulan sosial infrastruktur layihələrinə gəlincə isə, Prezident vurğulayıb ki, bu il onlarla məktəb tikiləcək, 10 şəhərdə mərkəzi xəstəxana yenidən qurulacaq, yaxud da əsaslı təmir olunub istifadəyə veriləcək. Olimpiya idman kompleksləri inşa olunacaq. Digər sosial infrastruktur layihələrinin icrası ilə bağlı da konkret proqramlar, planlar var və bütün bunlar Dövlət İnvestisiya Proqramında öz əksini tapır.

İlkin hesablamalara görə, "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası üçün ən azı 17 milyard manatdan çox vəsait nəzərdə tutulur. Dövlət tərəfindən təxminən 13 milyard manata yaxın kapital qoyuluşu gözlənilir.

IV dövlət proqramında kənd təsərrüfatı və sənaye istehsalı xüsusi yer tutur. Çünki həyata keçirilən infrastruktur layihələrinin böyük hissəsi başa çatdığı üçün iqtisadiyyatın real sektoru, kənd təsərrüfatı, sənaye potensialının gücləndirilməsi əsas məsələlərdən biridir.

Bir sözlə, uğurla icra edilən dövlət proqramları ölkəmizin inkişafında mühüm rola malik olmaqla yanaşı, vətəndaşlarımızın sosial rifahının yüksəlişində də əsaslı yer tutur. Həyata keçirilən dövlət siyasətinin əsasını Azərbaycanın, o cümlədən onun bölgələrinin daha gözəl, daha qüdrətli, insanların isə daha xoşbəxt və firavan yaşamasına xidmət təşkil edir. Hər kəsə bəllidir ki, həyata keçirilən dövlət proqramları regionlarda sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni müəssisələrin və iş yerlərinin yaranmasında, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində, kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsində, əhalinin rifah halının daha da yaxşılaşdırılmasında və yoxsulluq səviyyəsinin aşağı düşməsində müstəsna rol oynayır.

Əminliklə deyə bilərik ki, ötən il olduğu kimi, bu il də Azərbaycanın hər bir şəhərində, rayonunda, qəsəbə və kəndində quruculuq-abadlıq işləri davam edəcək. Yeni qəbul olunan dövlət proqramına uyğun olaraq regionların inkişafı istiqamətində mühüm işlər görüləcək.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM