20 Avqust 2019 18:04
559
DÜNYA
A- A+

Conson Brexit sazişinə yenidən baxmağı təklif edir



Böyük Britaniyanın Baş Naziri Boris Conson Avropa İttifaqı (Aİ) Şurasının sədri Donald Tuska müraciət edərək Aİ ilə Tereza Mey hökuməti arasında razılaşdırılmış Brexit sazişinin İrlandiya ilə Şimali İrlandiya arasında sərhədə aid hissəsinə yenidən baxmağı təklif etmişdir. Conson Tuska göndərdiyi məktubda Brexitdən sonra Aİ-nin üzvü olan İrlandiya ilə Böyük Britaniyanın Şimali İrlandiya bölgəsi arasında sərt sərhədin qoyulmasının qarşısını alan müvəqqəti qərarın (Bekstop) antidemokratik olduğunu bildirmiş və qeyd etmişdir ki, bu, Birləşmiş Krallığın dövlət kimi suverenliyi ilə bir araya sığmır.
Consonun fikrimcə, Bekstop Böyük Britaniyanın Avropa Gömrük İttifaqının qaydalarına əməl etməyə məcbur edəcək, bu isə öz növbəsində Birləşmiş Krallığın Aİ ilə sabit uzunmüddətli münasibətlər qurmaq istəyinə uyğun gəlmir. Baş Nazir Bekstop əvəzinə, Böyük Britaniya və Aİ-nin İrlandiya-Şimali İrlandiya sərhədində sərhəd nəzarətindən imtina etmək təklifini irəli sürür. Conson hesab edir ki, keçid dövrü başa çatanadək alternativ sazişlər qəbul ediləcək və bu sənədlər Aİ ilə Britaniya arasında gələcək ticarət sazişinin tərkib hissəsi olacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video